Ürək sağlamlığı üçün hər gün 1 avokado! FOTOLAR

Avokado ürək-damar xəstəlikləri, yüksək xolesterol və trigliserid səviyyəsi olanlar üçün təbii bir dərmandır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Orta və Cənubi Amerikada yetişən avokado, digər meyvələrdən fərqli olaraq, əsasən şəkər deyil, sağlam yağlar, bol vitamin, mineral və antioksidan ehtiva edir.

Avokado ürək xəstəliklərindən qoruyur. Sağlamlıq üçün faydalı olan çox doymamış yağlar və bol E vitamini ehtiva edir. Bu yağlar xolesterol səviyyəsini azaldır, damarları qoruyur və qan damarlarının açılmasına kömək edir və daha sağlam qan axını ilə nəticələnir. Lakin, pəhriz tutan çox insan bu meyvəni yüksək kalori səviyyəsinə görə yemir (1 meyvədə 227 kalori). Xərçəng hüceyrələri ilə mübarizə aparan, ürəyi dəstəkləyən və yaşlanmanın qarşısını alan avokado, eyni zamanda bel ətrafındakı yağların düşmənidir. Avokado zeytun yağında olan faydalı yağ turşusu olan oleik turşusu ilə zəngindir, eyni zamanda karbohidratlar və zülal ehtiva edir. Pəhriz lifi, folik turşusu, B1 vitaminləri: Kalium, sodyum, maqnezium, fosfor və kükürdün yaxşı mənbələrindən biridir.

Bol limon və sarımsaq sousu ilə yeyin

Hər gün 1 avokado yeyin. Dadını bəyənmirsinizsə, mayonez əvəzinə sous əlavə edə bilərsiniz.

Zeytun yağı, limon və sarımsaq sousu ilə salat hazırlaya və ya pendir əvəzinə tostda istehlak edə bilərsiniz.Bu bir ay ərzində trigliserid nisbətinizi yüzdə 15 azaldır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə