Azərbaycanda koronavirusa 660 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1539 nəfər müalicə olunaraq sağalıb, 660 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 326 min 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 306 min 119 nəfər müalicə olunaraq sağalıb, 4680 nəfər vəfat edib. Aktiv xəstə sayı 15917 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 330 min 985 test aparılıb. Bugünkü test sayı isə 9474-dür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...