Qida allergiyası nədən yaranır? Həkimdən Açıqlama

Qida allergiyası nədən yaranır? Həkimdən Açıqlama

Qida allergiyası, bilmədən istehlak edilən qidalar səbəbindən qəfildən və ya bir neçə saat içində ortaya çıxa bilər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, türkiyəli həkim Hikmət Tekin Nacaroğlu uşaqlarda qida allergiyasının müalicəsindən bəhs edib.

Son illərdə uşaqlarda qida allergiyası şikayətləri artıb. Qida allergiyası əsasən uşaqlarda görülsə də, hər yaşda ola bilər. Səbəblər adama görə dəyişir. Lakin, allergiyaya səbəb olan qidalar bir çox insana eyni təsiri göstərir.

Allergiya bədənin nahiyyələrinə görə fərqlidir.

Həkimin sözlərinə görə, qida allergiyası immunitet sisteminin qida zülallarına şişirdilmiş reaksiya verir: "Son illərdə artan qida allergiyası bugünkü allergiya epidemiyası olaraq qəbul edilir. Araşdırmalar qida allergiyasının tezliyinin irq, coğrafiya, yemək vərdişləri və yaşadığınız bölgəyə görə dəyişdiyini göstərib. Bu qida allergiyasında artımın səbəbi olaraq genetik və ətraf mühit faktorlarının birlikdə rol oynadığı göstərilib. Anada, atada və ya qardaşda allergik xəstəliklərin olması uşaqda qida allergiyası riskini artırır".

Nələr qida allergiyasına səbəb olur?

Hər qidanın allergik reaksiyalara səbəb olsa da, ən çox allergik reaksiya verən qidalar süd, yumurta, yer fıstığı, soya, buğda, qoz, badam, püstə, fındıq və balıqdır.

Qida allergiyasının əlamətləri hansılardır?

Qida allergiyası çox fərqli simptomlarla özünü göstərə bilər. O, dəri, həzm sistemi və ya tənəffüs sistemi ilə əlaqəli simptom və əlamətlərlə ortaya çıxa bilir. Simptomların ya ani ola biləcəyi, ya da müəyyən müddət sonra bilinən simptomlar kimi görünə biləcəyi müşahidə olunub. Qəfil tip qida allergiyasında qida qəbulundan bir neçə dəqiqə və ya bir saat sonra meydana gələn qaşınma, döküntü, göz, dodaq, dil və damaq şişməsi, axıntı, tıxanma, asqırma, gözlərdə qaşınma, qızartı , öskürək, nəfəs alma, nəfəs darlığı, xırıltı, ürək bulanması, qusma, qarın ağrısı, ishal, aşağı qan təzyiqi, halsızlıq, huşunu itirmə kimi simptomlar görülə bilər.

Dəri simptomlarına əlavə, xəstələr bizə "anafilaksi" dediyimiz, tənəffüs və ya həzm sistemi ilə əlaqəli simptomların birlikdə göründüyü həyati təhlükəli şiddətli allergik reaksiya kimi müraciət edə bilərlər. Gec tip qida allergiyasında ekzema, davamlı qusma, qarın ağrısı, ishal, qanlı nəcis əlamətləri və böyümə geriliyi qida qəbulundan bir neçə saat və ya gün sonra müşahidə edilir.

Qida allergiyasında müalicə necə olmalıdır?

Hal-hazırda qəbul edilən qida allergiyasının müalicəsi, təhlükəli qidanı pəhrizdən çıxarmaqdır. Allergik olan bütün qidalar qadağan edilməlidir. Əgər qida allergiyası ana südü ilə körpəyə keçirsə və simptomlara səbəb olarsa, ananın qidalanmasından məsul olan qida xaric olunur. Buradakı vacib məqam, allergik qidanın əvəzinə digər qida istehlakını dəstəkləmək və uyğun bir qidalanma proqramı təşkil etməkdir. Allergiyaya meyilli insanlar həmin qidaları bişirib yeməlidir. Bu qidaları evdə istehlak edilməzdən əvvəl həkiminizlə məsləhətləşərək, xəstəxana şəraitində test edildikdən sonra istifadə edin.

Qida allergiyası nə vaxt aradan qalxır?

Əksər qida allergiyası erkən uşaqlıq və ya məktəb yaşında itə bilər. Bu inək südü, yumurta, soya, buğda, qoz-fındıq kimi bəzi allergiyalı qidalara şamil olunur. Xüsusilə, xəstədə astma, allergik rinit kimi digər allergik xəstəliklər varsa və birdən çox qidaya həssasdırsa, allergiyanın müddəti uzana bilər.

Nə edilməlidir?

Qida allergiyası olan xəstələr və ailələri istehlak edilən hazır qidaların fərqində olmalıdırlar. Çünki, allergik xəstələr təsadüfən buna səbəb olan qidaları qəbul etdikdə allergiyası ortaya çıxa bilər. Belə uşaqların valideynləri və tərbiyəçiləri mütləq yanlarında bir epinefrin, adrenalin və ya hazır bir enjektor olmalıdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə