Koronavirus peyvəndi xərçəng xəstələri üçün risklidirmi? HƏKİM AYDINLIQ GƏTİRDİ

Pandemiya şəraitində mübarizə apararkən müxtəlif məhdudiyyətlər olsa da bir çox xəstəliyin müalicəsi davam edir. Həkimlər mövzu ilə ətraflı şəkildə məşğul olublar. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həkim Turqut İpek, “Bu məsələ onkoloji şurada qiymətləndirilib. Xəstələrimiz üçün əlavə yan təsirlər yoxdur. Xərçəng xəstələrimiz asanlıqla Covid-19 peyvəndi ola bilirlər”-deyib.

Xəstələr virusun öhtəsindən gəldi

Pandemiya səbəbi ilə əməliyyat əsnasında heç bir cərrahi problem yaşamadıqlarını söyləyən prof.dr. İpek bunları da söylədi: "Onkoloji xəstələrimiz arasından Covid-19 olanlar uğurla sağ qaldılar. Ümumiyyətlə, onkoloji xəstələrdə pandemiya dövrü bizi narahat etməyib. Xəstəxanada bu riski aradan qaldırmaq üçün hər cür tədbir görmüşük. Xəstələrin müalicə olunduğu ərazilər daha diqqətlə qurulub və bu sahələrdən məsul işçilər seçilib. Bu xəstələrin immunitet sisteminin daha çox zərər gördüyü düşünüldüyü üçün, yoluxma riskindən maksimum qoruyuruq. Müalicə sonrası nəzarət müddətlərini də onlara zərər verməyəcək şəkildə planlaşdırıb, idarə edirik".

Xroniki xəstələr mülicədən yayınırlar

Həkim son olaraq da onu deyib ki, digər xroniki xəstəlikləri olan insanlar pandemiya şərtləri səbəbi ilə xəstəxanaya gəlməkdə çətinlik çəkirlər: "Təəssüf ki, xroniki xəstəlikləri olan xəstələrimiz yoluxma riskini nəzərə alaraq həkim nəzarətinə əməl etmir. Xərçəng xəstələri isə bunu etmirlər. Onlar xərçəngin ölümlə sona çatacaq bir xəstəlik olduğunu bildikləri üçün daha diqqətli olurlar".

"Diabet, qan təzyiqi, ürək və ağciyər problemləri olan xəstələr "indi getməyək, daha sonra gedərik" yanaşma içindədirlər. Lakin, bu pandemiya dövrünün müddətini uzatmaqdan başqa bir işə yarayamayacaq. Xroniki xəstələr həkimlərinin nəzarəti altında olmalıdırlar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə