“Ağır koronavirus xəstələrində ECMO istifadəsinin xüsusiyyətləri” mövzusunda onlayn seminar keçiriləcək

5 mart 2021-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə “Ağır koronavirus xəstələrində ECMO istifadəsinin xüsusiyyətləri” mövzusunda onlayn seminar keçiriləcəkdir.

Seminarda Mərkəzi Gömrük Hospitalının ECMO istifadəsinə dair uğurlu təcrübəsi müvafiq sahədə çalışan mütəxəssislərlə paylaşılacaq.

Bu məqsədlə seminarda Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri tərəfindən "Süni tənəffüs aparatında olan xəstədə nə zaman ECMO barədə düşünək? Nə vaxt və kimə ECMO?", "Ağır koronavirus xəstəsinin qiymətləndirilməsi: Ağciyər qoruyucu ventilyasiyada ECMO-nun rolu" və "ECMO taxmanın texniki problemləri, zamanlamanın vacibliyi" mövzusunda hazırlanmış ümumilikdə üç çıxış dinləniləcək, eyni zamanda iştirakçıların mövzu ilə əlaqəli sualları cavablandırılacaq.

Seminarda iştirak ödənişsizdir.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!

Qeydiyyatdan keçmək üçün link↪ https://forms.gle/iMMUYcrMz7v8Wkn18

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...