ÜST "AstraZeneca" vaksininin iki variantını təcili istifadə üçün tövsiyə edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "AstraZeneca" şirkətinin istehsal etdiyi koronavirusa qarşı vaksinin iki variantını təcili istifadə üçün tövsiyə olunan vaksinlər siyahısına əlavə edib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ÜST-dən bildiriblər.

Bildirilir ki, söhbət "AstraZeneca" şirkətinin Cənubi Koreyada "AstraZeneca-SKBio" müəssisəsində və Hindistanın Serum İnstitutunda istehsal etdiyi variantlardan gedir.

Məlumata əsasən, bu qərar vaksinin sözügedən variantlarının COVAX mexanizmi çərçivəsində qlobal miqyasda istifadəsinə imkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...