Prezident: Koronavirus II Dünya Müharibəsindən sonra psixikaya vurulan ən böyük zərbədir

Prezident: Koronavirus II Dünya Müharibəsindən sonra psixikaya vurulan ən böyük zərbədir

Koronavirus pandemiyasının insanların psixikasına təsiri İkinci Dünya müharibəsindən bəri bəlkə də ən böyük təhlükəli zərbədir, bunun mənfi nəticələr bir neçə ilə qədər davam edə bilər. SİA-nın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə İngiltərə Kral Psixiatrlar Kollecinin prezidenti Adrian Ceyms məlumat verib.

Mütəxəssisin fikrincə, psixikaya bir sıra amillər təsir edir: insanın öz xəstəliyi, yaxınlarının xəstəliyi və ölümü, habelə sosial və iqtisadi nəticələri.

"Bu, ehtimal ki, II Dünya Müharibəsindən bəri zehni sağlamlığa ən böyük zərbədir. Virus nəzarət altına alındıqda və xəstəxanada az adam qaldıqda belə bu təsir dayanmayacaq",- həkim deyib.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə