“COVID-19" testindən əvvəl nə etməli? - MƏSLƏHƏT

Dr.Təranə Göyüşova: “COVID-19 testindən üç saat əvvəl su içmək, qida qəbul etmək, siqaret çəkmək və burun boşluğuna heç bir sprey istifadə etmək olmaz”. Dünyada koronavirusa yoluxanların sayı durmadan artır. Bu bəla ölkəmiz üçün də çətin şərait yaradıb. Koronavirus pandemiyası dövründə həkim nəzarəti olmadan antibiotiklərdən istifadə etmək bir çox fəsadlara səbəb ola bilər. Belə ki, antibiotiklərdən istifadə bu preparatlara qarşı davamlılıq yaradır. Həmçinin, PZR testi vermədən öncə tələb olunan qaydalara riayət etmək lazımdır. Hospitalımızın pediatrı Təranə Göyüşova bu barədə “ATV Qərargah” verilişində ətraflı məlumat verib. Verilişi Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Lnki Sizə təqdim edirik. https://www.youtube.com/watch?v=42DeMUqJWtw

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə