Denqe qızdırması koronavirusdan müdafiə edir? YENİLİK

Denqe qızdırması keçirmiş insanlar koronavirusa qarşı immunitetə sahib ola bilərlər. SİA xəbər verir ki, Amerikanın Dyuka universitetinin professoru Miqel Nikolesisin fikirlərini Reuters agentliyi yayıb. Məlum olub ki, koronavirusa az yoluxmuş, ya da az sürətlə xəstəliyə yoluxma halları baş verən məkanların sakinləri cari və ötən ildə intensiv denqe qızdırmasına tutulublar.

Nikolesisin proqnozlarına görə, əgər bu fakt özünü birmənalı təsdiqləsə denqe qızdırmasını keçirməklə ona qarşı vaksinasiya aparmaq üsulu koronavirusdan müdafiə səviyyəsində nailiyyət əldə edə bilər.

Qeyd edək ki, denqe qızdırması kəskin virus xəstəliyidir və insanda intiksikasiya yaradır, əzələlərdə və sümüklərdə ağrı verir, səpkilər əmələ gəlir və limfatik bağların artmasına səbəb olur. Bu xəstəlikdən ildə 20 min insan ölür.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə