Çində 18 nəfər koronavirusa yoluxub

Son bir gündə Çində yeni növ koronavirus infeksiyasına 13 aktiv, beş asimptomatik yoluxma aşkar edilib, altı xəstə sağalıb. SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

13 yoluxmadan 11-i paytaxt Pekində qeydə alınıb, ikisi ölkəyə ixrac olunub.

Məlumata görə, Çində yoluxmanın əksəriyyəti topdansatış bazarı ilə əlaqəlidir. Bazar iyunun 13-dən bağlanıb.Ümumilikdə, 11 iyun tarixindən etibarən şəhərdə 280 yoluxma halı aşkarlanıb, daha 22 asimptomatik daşıyıcı tibbi nəzarətdədir.

Bu günə kimi Çində 83 463 nəfər koronavirusa yoluxub, 78 439 xəstə sağalıb, hazırda xəstəxanalarda 389 nəfər müalicə alır. Pandemiya qurbanlarının sayı 4344 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə