ABŞ-dan xoş xəbər: - Professor peyvəndin uğurunu açıqladı

"Mükəmməl inkişaf! ABŞ Milli Səhiyyə İnstitutunun peyvənd hazırlığının 1-ci mərhələsindəki ilk sınaqlarında əldə etdiyi uğurun pərdəarxası məlum olub.

SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın Kaliforniya Universitetinin müəllimi Mehmet Çilingiroğlu sosial media hesabında yazıb.

O bildirib ki, sınaq iştirakçılarında peyvənddən sonra xəstəliyi keçirmiş və yaxşılaşmış insanlardakı qədər antikor olduğu təsbit edilib. Sadəcə miqdar olaraq deyil, keyfiyyət baxımından da effektivlik əldə olunub. Belə ki, antikor virusu neytrallaşdırmağı bacarıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə