TƏBİB koronavirusdan sağalanlara müraciət etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan sağalan vətəndaşlara müraciət edib.

TƏBİB-dən SİA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, artıq ölkədə ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanılıb. Bu məqsədlə TƏBİB COVID-19 xəstəliyindən sağalan vətəndaşlardan qan plazması donoru olaraq digər xəstələrə yardım etməyə çağırıb.

Ünvan: Mərkəzi Qan Bankı, Mirəli Qaşqay küçəsi 87.

Telefonlar:

907

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52.

Bütün xəbərlər Facebook səhifəmizdə