ÜST-dən "peyvəndlərə laqeyd olma" XƏBƏRDARLIĞI

ÜST-dən "peyvəndlərə laqeyd olma" XƏBƏRDARLIĞI

Dünyada Covid-19 epidemiyasına qarşı peyvəndləmə işləri davam edərkən Ümumdünya Səhiyyə Təşkilatı "2020 Avropa peyvənd həftəsi" çərçivəsində bir çox xəstəliklərin qarşısını almaq üçün vaksinlərə qarşı laqeyd qalmamağı tövsiyyə edib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

20-26 aprel tarixləri arasında keçirilməsi nəzərdə tutulan Avropa peyvənd həftəsində xəstəliklərin qarşısını almaq üçün uşaqlara peyvənd vurulmasına xüsusi diqqət yetirilir. Covid-19 epidemiyasının heç bir sərhəd tanımadığı məlum olsa da, bu virusa qarşı peyvəndin çox insanın həyatını xilas etmək və iqtisadiyyatı yaxşılaşdırmaq üçün son dərəcə önəmli olduğu xatırladılır.

Peyvəndləmə işlərinin bütün dünyada davam etdiyi və hökumətlərin ictimaiyyəti qorumaq üçün hər fürsətdən istifadə etmələri gərəkdiyi ifadə edilib. UNİCEF-in Avropa bölgəsi üzrə rəsmi nümayəndəsi Əfşan Xan bildirib ki, "Bu böhranda peyvənd proqramlarının davam etdirilməsi çox vacibdir. Beləliklə, tibb işçiləri və insanlar qorunacaq. Əvvəllər peyvəndlərdən faydalana bilməyən uşaqlara müraciət etmək prioritet olmalıdır".

Ümumdünya Səhiyyə Təşkilatının yazılı açıqlamasında Avropa ölkələrinə Covid-19 peyvəndinin insanlara zamanında çatdırmasının lazım olduğu vurğulanıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə