"Koronavirusa yoluxma yayda bitəcək" MÜTƏXƏSSİS RƏYİ

“Yeni növ koronavirusun yayılması yayda başa çatmalıdır. Lakin hələlik virusa yoluxma pik həddə çatılmayıb”. SİA-nın xəbərinə görə, bunu Rusiya Federal Biomedikal Agentliyinin (FMBA) baş yoluxucu xəstəliklər mütəxəssisi Vladimir Nikiforov açıqlayıb.

O bildirib ki, istənilən halda infeksiya yayda yox olmalıdır, bu dəqiqdir: “Lakin ən əsası virusla bağlı pik həddir ki, bunu biz qarşıdakı həftələrdə qeydə alacağıq”.

Mütəxəssis qeyd edib ki bu cür xəstəliklərin standartlarına baxsaq onların hər birində hazırki prosesi görmək olar: “Xəstəlik ilk olaraq yayılır, pik həddə çatdıqdan sonra 10-12 həftə ərzində azalmağa doğru gedir”.

Qeyd edək ki, koronavorusa ilk yoluxma halı 2019-cu ilin dekabr ayında Çində qeydə alınıb. Ümümdünya Səhiyyə Təşkilatı Tərəfindən virus pandemiya adlandırılıb. Son məlumatlara görə isə dünyada 850 min insan virusa yoluxub, 42 min nəfər isə dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə