COVID-19-un yeni əlaməti KONYUKTİVİT!

Koronavirusun yeni yoluxma infeksiyasının əlaməti müəyyən olunub. Bu, konyuktivit ola bilər. SİA xəbər verir ki, bu barədə Amerikanın oftalmologiya akademiyasının saytında yazılıb. Belə ki, amerikalı həkimlər çinli həmkarlarına istinad edərək qeyd ediblər ki, konyuktivit COVID-19 daşıyıcısı olan hər 30 pasientdə tapılıb. Ümimilikdə gözün sulu qişasında yaranan xəstəlik minlərlə viruslu çinlidə tapılıb. Konyuktivitdən əlavə, potensial virus daşıyıcısında koronavirusun digər simptomları da olmalıdır: quru öskürək, nəfəs çatışmazlığı, sətəlcəm.

"COVID-19 pandemiyasına görə, bütün oftalmoloqlar təxirəsalınmaz yardım istisna olmaqla, istənilən müalicəni dayandırmalıdırlar", Amerika oftalmoloqlar akademiyasının tövsiyəsində bildirilir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...