"Ürək xəstəliyi olanlarda koronavirusunun gedişatı daha da ağır olur" MÜTƏXƏSSİS RƏYİ

"Ürək xəstəliyi mövcud olan insanlarda koronavirusunun gedişatı daha da ağır olur". SİA-nın xəbərinə görə, bunu ATU-nun Tədris Cərrahiyyə Klinikasının kardioloqu Ismayıl Göyüşov deyib. O bildirib ki, kəskin koronavirus simptomları mövcud olan xəstələrin ikisindən birində şəkər və ya təzyiq xəstəliyi, üçündən birində isə ürək xəstəliyi mövcuddur. Onun sözlərinə görə, ürək xəstəliyi mövcud olan insanlarda xəstəliyin gedişatı daha da ağırdır:" Virus birbaşa ürəyi zədələməklə bərabər xəstəliyin gedişatını daha da ağırlaşdıra bilir". Mütəxəssis qeyd edib ki, bu xəstəliklərə malik şəxslər koronavirusla bağlı daha diqqətli olmalı və qeyd olunanları etməlidir: "Toplu yerlərdən uzaq durmaq, insanlarla təması azaltmaq, qoruyucu maskalardan istifadə etmək mütləqdir".
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə