Koronavirus epidemiyası havanın istiləşməsi ilə başa çatacaqmı? - MÜTƏXƏSSİS RƏYİ
Tənəffüs yolları virusları qışda daha çox yayıldığı üçün yeni növ Covid-19 koronavirus xəstəliyinin də yazın gəlməsi ilə yox olacağı gözlənilir. Ancaq bəzi mütəxəssislər bu fikirlə razılaşmırlar. SİA-nın məlumatına görə, Beynəlxalq Yoluxucu Xəstəliklər Araşdırma Mərkəzinin virusoloqu Bruno Lima, bəzi tənəffüs viruslarının il boyu tropik bölgələrdə mövcudluğunu qoruyaraq mövsümi təsir göstərdiyini vurğulayır.
Yoluxucu xəstəliklər üzrə mütəxəssis Alexandre Bleibtreu tənəffüs virusları üçün ideal hava istiliyinin 0-7 dərəcə arasında olacağı üçün Covid-19-un baharla birlikdə yox olmayacağını düşünür.
"Bəzi viruslar fəsilləri ələ salır" deyən Bruno Lima, 2009-cu ildə görülən A H1N1 virusunun yayda İspaniya, Almaniya və İngiltərədə ən pik həddə çatdığını xatırladıb.
Alexandre Bleibtreu-nun sözlərinə görə, insanların immunitet sistemi yeni bir Covid-19 virusuna hələ hazır deyil və baş verən hadisənin havanın istiləşməsi ilə sona çatacağı gözləntisi konkret məlumatlara əsaslanmır. Bənzər virusların isti bölgələrdə və yayda yayılmağa davam etdiyini bildirən Bleibtreu, epidemiya ilə mübarizə üçün sanitar tədbirlərdən başqa bir həll yolu olmadığını vurğulayıb.
Digər tərəfdən, virusun hazırda yay fəslinin yaşandığı cənub yarımkürəsində yayılmağa davam etdiyi görülür. Rəsmi məlumatlara görə, 5 mart 2020-ci il tarixinə Avstraliyada 52 yoluxma, hava istiliyinin 20-30 dərəcə arasında olduğu Küveyt və Bəhreyndə isə 50-dən çox yoluxma aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB