Çində koronavirusa yoluxanların sayı 77 mini ötdü

Çində koronavirusa yoluxanların 77 min 150 nəfərə açtıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onlardan 2592 nəfəri dünyasını dəyişib, 24 min 734 nəfər isə xəstəxanadan evə buraxılıb.

“Səhiyyə Nazirliyinə 31 əyalətdən (rayon, mərkəzi tabeliyindəki şəhərlər) 77 min 150 təsdiqlənmiş koronavirusa yoluxma halı, hazırda 49 min 824 nəfərin xəstəlikdən əziyyət çəkdiyi (9 min 915 nəfərin vəziyyəti ağır), 24 min 734 nəfərin isə xəstəxanadan buraxılması ilə bağlı məlumat daxil olub. 2592 nəfər dünyasını dəyişib”, - deyə Nazirlik tərəfindən açıqlanıb.

Qeyd edək ki, ötən gün ərzində ölkə daxilində 409 yeni yoluxma halı qeydə alınıb, 1846 nəfər xəstəxanadan evə buraxılıb, 150 nəfər isə dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə