Çindən gələn 3 nəfər yoluxucu xəstəliklər şöbəsində saxlanılır Səhiyyə Nazirliyi

Fevral ayının 7-si üçün yoluxucu xəstəliklər şöbəsində 3 nəfər var. SİA xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri bu barədə birgə məlumat yayıb.

Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir: "Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılırlar. Həmin tibb müəssisəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə