Bir nəfərin koronavirusa yoluxma ehtimalı qeydə alınıb Avstriyada
Vyana şəhərində koronavirusa yoluxma ehtimalı ilə bir nəfər xəstəxanaya yerləşdirilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çin vətəndaşı olan 24 yaşlı təyyarə bələdçisi yanvarın 25-də bu infeksiyaya xas simptomlarla şəhərdəki xəstəxanalardan birinə müraciət edib. Hazırda xəstəxananın karantin şöbəsində saxlanılan pasiyentin bir neçə gün əvvəl Çində böhran regionunda olduğu müəyyən edilib.
Həmin şəxsin həqiqətən də koronavirusun yeni ştammına (2019-nCoV) yoluxması götürülmüş analizlərin cavabı əsasında 48 saat ərzində müəyyənləşəcək.
Vyana Şəhər Səhiyyə İdarəsi hazırda pasiyentin Avstriyada olduğu müddətdə təmasa girdiyi bütün şəxslərin müayinəsini həyata keçirəcək.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə