Ölkəmizdə yetişməyən, lakin bazar və dükanlarımızda çox satılan elə meyvələr var ki, onları dadına və ətrinə görə alıb ləzzətlə yesək də, həmin meyvələrin faydası haqqında geniş biliyə malik deyilik. O meyvələrdən biri olan bananın müalicəvi əhəmiyyətindən xəbərsiz olmaqla yanaşı, hətta bu bitkinin mənşəyi haqqında da aydın təsəvvürümüz yoxdur. Hələ də çoxları bananın vətəninin Afrika qitəsi olduğunu və həmin ərazilərdə daha geniş becərildiyi fikrindədir. Əslində isə həqiqət başqa cürdür.
Bu fikirləri Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzunillik elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bananın faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışarkən deyib. Zaur Həsənov bildirib ki, banan ilk dəfə Makedoniyalı İskəndərin ordusu tərəfindən eramızdan əvvəl 327-ci ildə Hindistanda kəşf olunub. Hindlilər onun kölgəsində sərinləyir və meyvələrindən yeyirdilər. Ərəblər və yunanlar bu bitkini "əntiq meyvə” bitkiləri qrupuna aid etmişdilər. Sonralar banan ərəb tacirləri tərəfindən Afrika sahillərinə, oradan portuqaliyalılar tərəfindən (1482-ci il) Portuqaliyaya, oradan isə 1516-cı ildə Atlantik okeanını keçərək Amerika qitəsinə aparılıb. Güman olunur ki, ABŞ-a banan 1690-cı illərdə Meksika sahillərindən gətirilib.
Hazırda banan Asiya və Latın Amerikası ölkələrində geniş ərazilərdə becərilir. Tropik meyvə bitkiləri içərisində daha çox istehlak əhəmiyyətli bitkidir. Banan meyvələri yüksək kalorili olduğundan dünyanın əksər bölgələrində milyonlarla insanın əsas qida məhsuludur.
Bananın əsas qiymətli cəhətlərindən biri meyvələrin kaliumla, C, A, B vitaminləri və folatla zəngin olmasıdır. Eyni zamanda meyvələr kalsium, dəmir, maqnezium və fosforla zəngindir. Meyvələrinin tərkibində karbohidratlar, həmçinin riboflavin, A provitamini, B1, B2 və C vitamini var. Şəkərlər saxaroza, fruktoza və qlükoza ilə təmsil olunur.
Hər 100 qram meyvə 100 kalori enerji verir. Banan meyvəsinin ləti nişasta ilə zəngindir. Yetişdikdə bu nişasta bir qrup sortlarda şəkərə çevrilir, digərlərində isə çevrilmədən nişasta şəklində qalır. Bu halda ondan qənnadı sahəsində müxtəlif məmulatların hazırlanmasında istifadə olunur. Belə meyvələr, həmçinin qurudulduqdan sonra alınmış pastadan buğda, qarğıdalı və digər dənli bitkilərin əvəzedicisi kimi istifadə olunur. Tumurcuqları tərəvəz kimi yeyilir. Həm arıqlamaq, həm də kökəlmək üçün istifadə oluna bilir. Səhərlər bir banan yeyəndə tərkibində olan pektinin hesabına mədə şirəsini yığdığına görə həm aclığı götürür, həm də 100 qram meyvə 90-100 kalori enerji verir. Südlə banan yeyilməsi isə çəki artırır. Banan orqanizmdə asan mənimsənildiyindən zəifləmiş insan 5-6 banan yeməklə günə 500-600 kalori toplaya bilir.
Professor Zaur Həsənov deyir ki, banan mədə xorası olanlar üçün xüsusilə əlverişlidir. O, mədə şirəsinin səviyyəsini zəiflədir. Mədə divarını qoruyan təbəqə yaradır, qıcqırmanı götürür, qəbizliyi aradan qaldırır. Banan meyvələrinin tərkibində olan triptofan və serotinin əqli yorğunluğu götürür, xoş emosional əhval-ruhiyyə yaradır. Kaliumla zəngin olduğundan banan meyvələrindən qan təzyiqinin normallaşdırılması və ürək fəaliyyətinin nizamlanması üçün istifadə olunur. Beyin damarlarında trombun əmələ gəlməsini aradan qaldırır. Kişi potensiyasını artırmaq gücünə malikdir.
Banan zəif işlədici, antibakterial, spazma götürən, ödqovucu, sidikqovucu, yara və xora sağaldıcı, sakitləşdirici təsirə malik olmaqla soyuqdəyməni götürür, həzmi yaxşılaşdırır. Banan pəhriz qidası kimi ağız boşluğunda selikli qişanın zədələnməsi, mədə və onikibarmaq bağırsaq xəstəliyi, xroniki qastroenterokolit, ishal, bakterial dizenteriya, qaraciyər və öd yolları xəstəliyi, stomatit, böyrək və sidik yollarının xəstəliyi, mərkəzi sinir sisteminin funksional pozulmaları zamanı istifadə edilir. Banan meyvələri ürək-damar çatışmazlığı nəticəsində yaranmış ağır şişmələr, həmçinin hipertoniya xəstəlikləri zamanı faydalıdır. Yetişməmiş banan meyvəsi diabet və piylənmə zamanı faydalı sayılır. Mədəyə və onikibarmaq bağırsağa qanaxma zamanı, dizenteriya və vəba xəstəliklərində banan şirəsi müalicə vasitəsi kimi istifadə olunur. İsterik tutmalar və epilepsiya zamanı banan sakitləşdirici təsir göstərir.
Banan siqaret çəkməyi tərgitmək istəyənlər üçün də qiymətli vasitədir. Meyvələrin tərkibində olan B qrup vitaminlər, həmçinin kalium və maqnezium orqanizmdə nikotinə qarşı dura bilirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycan Türkiyədən tütün alışını azaldıb
İqtisadiyyat 13:56ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
Hadisə 13:10Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq
Sosial 12:46Kiyevdə iki xəstəxana təcili boşaldıldı
Dünya 12:35Sabah Bakıda 31 dərəcə isti olacaq - PROQNOZ
Mədəniyyət 12:14Milli Məclisin sədri Monteneqro Prezidenti ilə görüşüb
Siyasət 12:13Altı nəfər toyda baş verən yanğında ölüb
Dünya 12:09Nazirin maşını aşdı
Dünya 11:44Məşhur aktrisa ana oldu
Şou-Biznes 11:26Gəncədə qanunsuz tikili sökülüb
Hadisə 11:14İctimai TV-yə yeni direktor müavini təyin edilib
Sosial 11:13FIFA prezidenti "Qarabağ"ı təbrik edib
İdman 11:00Rus zavodu dron hücumuna məruz qalıb...
Dünya 10:57Azərbaycan neftinin qiyməti 90 dolları keçib
İqtisadiyyat 10:31Yevlaxda kənd təsərrüfatı ilə bağlı respublika müşavirəsi keçirilir
İqtisadiyyat 09:59Xankəndidə silah və sursatlar aşkarlanıb
Hadisə 09:47Xəzər rayonunda ev yanıb
Hadisə 09:29Daha 3 cüdoçumuz mübarizəyə qoşulacaq
İdman 09:28Bakıda 19 yaşlı sürücü yol qəzasında xəsarət alıb
Hadisə 08:58Abşeronda yol qəzası olub, xəsarət alan var
Hadisə 07:27Tayvanda 6,1 maqnitudada zəlzələ baş verib
Dünya 03:37“Liverpul”un yeni baş məşqçisi bəlli oldu
İdman 02:15“Real” səfərdə “Real Sosyedad”ı məğlub edib
İdman 01:45Mərakeş Kralı COP29-a dəvət olunub
Siyasət 01:28Dövlət Komitəsində amerikalı qonaqlarla görüş
Sosial 00:42İndi nə olsun ki, 67 yaşlı həkimsən...
Dünya 00:34Döyüş meydanında vəziyyət sürətlə dəyişir...
Dünya 00:23“Polestar”, “Polestar Phone” adlı ilk smartfonunu təqdim edib
Texnologiya 26 Aprel 23:53Məhkəmə cəriməni ödəmədiyi üçün Kirkorovu cərimələyib
Şou-Biznes 26 Aprel 23:44Bu, ölkənin maliyyə sabitliyinə təsir göstərməyəcək...
Dünya 26 Aprel 23:36Ruslar qonşu ölkə vətəndaşlarını tuta-tuta gedirlər...
Dünya 26 Aprel 23:25Mobil operatorlar SİM kartları kütləvi şəkildə bloklayır...
Texnologiya 26 Aprel 23:14Taksi sürücüləri onlar üçün iş şəraitinin sadələşdirilməsinə çağırıblar...
Dünya 26 Aprel 23:06Vəliyeva nə vaxt ailə qurmağı planlaşdırdığını deyib
İdman 26 Aprel 22:54Rusiyada...kişilər az yaşadı..?
Dünya 26 Aprel 22:45Kanada Kiyevə 2,1 milyon dollar ayıracaq
Dünya 26 Aprel 22:36Zərifə xanım Əliyevanın oftalmologiyanın inkişafındakı xidmətləri...
Sosial 26 Aprel 22:28Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb
Sosial 26 Aprel 22:17Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
İdman 26 Aprel 22:03Yelena Haqverdiyeva – rəssam və ilham pərisi
Mədəniyyət 26 Aprel 21:54Almaniyadakı həmvətənlərimiz Prezidenti böyük coşqu ilə qarşılayıblar...
Siyasət 26 Aprel 21:47Oirat-Kalmık Xalqları Konqresinin sədr müavini axtarışa verilib
Dünya 26 Aprel 21:35Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan
Sosial 26 Aprel 21:24Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
Siyasət 26 Aprel 21:12Bayden Trampla mübahisə etməyə hazır olduğunu deyib…
Dünya 26 Aprel 21:03Hidayət Heydərov dördqat Avropa çempionu olub
İdman 26 Aprel 20:56Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib
Sosial 26 Aprel 20:45FİFA və UEFA-nın acığına..?
İdman 26 Aprel 20:36Əliyev və Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2
Siyasət 26 Aprel 20:30Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirilib-YENİLƏNİB-2
Siyasət 26 Aprel 20:24Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar
Mədəniyyət 26 Aprel 20:16"Roma"da yeni müqavilə
İdman 26 Aprel 20:04Zərifə Əliyeva - Böyük alim, Böyük insan
Siyasət 26 Aprel 19:58Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
Dünya 26 Aprel 19:55Özəl xəbərlər
Digər xəbərlərNazirin maşını aşdı
Dünya 11:44Güvənilməyən FƏRQLİ RİTORİKA - TƏHLİL
Siyasət 26 Aprel 17:43Mənzil alışındakı yeniliklər nəyi dəyişəcək? - MÜNASİBƏT BİLDİRİLDİ
Sosial 26 Aprel 17:13"Uşaqla daima işbirliyi içində olmaq lazımdır" - PSİXOLOQ İZAH ETDİ
Sosial 26 Aprel 17:00Layihə çərçivəsində reallaşdıracağımız işlərlə bağlı silsilə görüşlərə başlamışıq
Sosial 26 Aprel 16:49Redaktorun seçimi
Köşə yazıları
Qadınlığa hörmət et, QADIN!
19 Aprel 16:03
“Milli Şura” növbəti dəfə özünü rüsvay etməyə hazırlaşır
18 Aprel 17:23
Heyf telefona dəyişdiyimiz kitablardan...
18 Aprel 15:56
Populyar
“Baş verənlər Azərbaycanın növbəti uğurudur” - ŞƏRH EDİLDİ
20 Aprel 14:46
Yük qadının əlində, kişinin də əli cibində ... - PARADOKS
24 Aprel 15:58
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8227 0,00%
- GBP 2,1249 0,00%
- RUB 0,0185 0,00%
Sizin reklam yeriniz
2008-2024. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan.
Email: info@sia.az Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;