XƏBƏRDARLIQ: Saç postijlərinin zərərləri

XƏBƏRDARLIQ: Saç postijlərinin zərərləri

Elm adamları gözəlləşmək uğrunda saça ilişən postijlərin uzun istifadə nəticəsində ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini söyləyir. İngiltərənin qabaqda gələn saç elmi qruplarından "Trichological Society" qadınların gözəlləşmək uğrunda saçlarını uzun göstərmək üçün taxtırdıqları postijlərin uzun müddət istifadə edilməsi halında irəlidə problemlərə yol aça biləcəyi xəbərdarlığını edib.

"Trichological Society" qrupu, artan sayda bərbər salonunun müştərilərinə ucuz qiymətlərlə bu postijləri taxdığını və bəzi bərbərlərin də bunları uyğun şəkildə taxma bacarığına sahib olmadığını qeyd edib. Qrup, bu vəziyyətin daha çox gənc qadının keçəllik və saçqıran kimi saç problemlərindən şikayətçi olmasına gətirib çıxardığını ifadə edib.

Saç mütəxəssislərindən Barry Stevens, saçlarını uzatmaq üçün postij istifadə etməyin ümumiyyətlə daha yaxşı görünməyi və hiss etməyi gözlədiklərini, ancaq bunun uğursuzluqla nəticələndiyini söyləyib. Stevens, bu əlavələrin uzun müddət istifadə edilməsinin ciddi nəticələr doğuracağına və saça daimi zərər verə biləcəyinə diqqət çəkib.

İngilis Dermatoloji Jurnalında çıxan bir yazıda da, saçları uzatmaq üçün istifadə edilən postijlərin mümkün təhlükələri barədə xəbərdarlıq da yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə