Əhalinin 76,6 faizi pulsuz tibbi müayinələrdən keçib HESABAT

Əhalinin 76,6 faizi pulsuz tibbi müayinələrdən keçib HESABAT

"2017-ci ildə böyük diaqnostik imkanlara malik olan bu tibb ocaqları əhalinin profilaktik tibbi müayinələrdən keçirilməsinə münbit şərait yaradılıb. Belə ki, cari ildə 18 yaşdan yuxarı Respublika əhalisinin 76,6 faizi tibbi müayinələrdən keçirilib". SİA bu barədə Səhiyyə Nazirliyinin car ilin yekunları ilə bağlı təqdim etdiyi hesabata əsasən xəbər verir.

Hesabata əsasən, müəyinə olunanların 3 faizində ilkin xəstəliklər aşkar olunub, 1.2 faizi dispanser nəzarətə alınıb, 4.2 faizi sağlamlaşdırılıb, 37,1 faizi əlavə müayinələrə cəlb edilib, 0.5 faizi hospitalizasiya olunub: "Əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu olub".

Məlumata görə, cari ildə uşaqların icbari dispanserizasiyası Dövlət proqramı çərçivəsində 2017-cı ildə uşaqların 90 faizdən çoxu müayinələrə cəlb olunub: "Tibbi müayinədən keçirilmiş uşaqların 5.1 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub".

Hesabata görə, Proqramının icra müddəti bi il başa çatdığından, Səhiyə Nazirliyi tərəfindən 2018-2022-ci illər üçün yeni Dövlət Proqramının layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə