Böyrək sağlamlığını qorumanın yolları

Böyrək sağlamlığını qorumanın yolları

Türkiyədə fəaliyyət göstərən nefrologiya mütəxəssisi Dos. Dr. Ölkəm Çakır, böyrək xəstəlikləri haqqında maraqlı məlumatlarla çıxış edib. Türkiyə mətbuatının yazdığına görə, türkiyəli mütəxəssisin fikrincə həyat tərzini dəyişməklə böyrək sağlamlığının bərpası mümkündür. O, bildirib ki, bol su içmək, duzdan uzaq olmaq və formada qalmaqla böyrək sağlamlığını qorumaq olar.
Bundan əlavə böyrək çatmazlığından qorunmanın 5 yolunu da izah edib.

1-Böyrək xəstəliyinin ilkin səviyyədə diaqnoz və təhlillərlə qarşısını almaq;
2-Suyu nə az, nə də çox içmək;
3-Yeməklərə çox duz vurmamaq;
4-Nizamlı idman etmək;
5-Siqaretdən istifadə etməmək.

Bütün xəbərlər Facebook səhifəmizdə