Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll üçün müxtəlif tədbirlər görürlər. Səhiyyə naziri Oqtay Şirəliyev 3 may 2017-ci il tarixində İsmayıllı Mərkəzi Rayon Xəstəxanasında İsmayıllı, Şəki, Qəbələ və Şamaxı rayonlarından olan 23 vətəndaşı qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilmişdir.
Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB