Xocalı faciəsi Səhiyyə Nazirliyində anıldı

Xocalı faciəsi Səhiyyə Nazirliyində anıldı

Xocalı faciəsinin 25-ci ildönümü respublikamızın bütün dövlət və qeyri dövlət qurumlarında olduğu kimi, Səhiyyə Nazirliyində, onun idarə və müəssisələrində də hörmətlə anılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qurumun kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Bundan başqa bir çox tibb müəssisələrində o cümlədən, 1 saylı Kliniki Tibbi Mərkəzdə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza mərkəzində Xocalı qurbanlarının xatirəsi ehtiramla anılıb, erməni vandalizmi qətiyyətlə pislənib.

Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Xalqımız bu dəhşəti heç bir zaman unutmayacaq.

Tədbirlərin sonunda qanlı tarixi - Xocalı faciəsini əks etdirən sənədli filmlər nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə