"Az müdafiə olunan qrupların tibbi sığortasını dövlət öz üzərinə götürməlidir"

"Az müdafiə olunan qrupların tibbi sığortasını dövlət öz üzərinə götürməlidir"

"İcbari tibbi sığortanı nə qədər tez həyata keçirsək, tibbi xidmətin səviyyəsi də bir o qədər tez yüksəlməyə başlayacaq. Hansı ölkə səhiyyə sahəsində uğu qazanıbsa, bunun səbəbi icbari tibbi sığortadır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsini sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədrinin sözlərinə görə, icbari tibbi sığorta üzrə yük dövlət büdcəsinin üzərinə düşməməlidir: "Bunun üçün digər mənbələr var. Bununla bağlı Səhiyyə Nazirliyi və digər qurumlar Maliyyə Nazirliyi ilə birgə tədbirlər planı hazırlamalıdırlar. Dövlət əhalinin az müdafiə olunan qruplarının tibbi sığortasını öz üzərinə götürməlidir".

Ə. Əmiraslanov qeyd edib ki, ölkədə icbari tibbi sığortanın tətbiqi istiqamətində uğurlu addımlar atılır: "Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi var ki, o büdcədən maliyyələşir. Bundan başqa noyabrın 29-da icbari tibbi sığortanın tətbiqi ilə bağlı Ölkə başçıs sənəd imzalayıb Fərmanda icbari tibbi sığortanın həyata keçriilməsi mexanizmi öz əksini tapıb. Bununla bağlı gələn il 2 pilot layihə- Yevlax və Mingəçevirdə keçiriləcək ki, bunun üçün də 10 mln. manat vəsait ayrılıb. Əminəm ki, 2018-də bütövlükdə icbari tibbi sığortanı təbiq etməyə başlayacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə