Hazırda dünyada 220 milyondan artıq adam diabet xəstəliyindən əziyyət çəkir. Lazımi tədbirlər görülməsə 2030-cu ilə qədər bu rəqəmin 2 dəfədən çox artacağı ehtimal olunur. Diabetdən ölüm hallarının təxminən 80 faizi əhalinin gəlirləri aşağı və orta səviyyədə olan ölkələrin payına düşür.
SİA-nın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu kədərli statistikaya Ümumdünya Diabetə Qarşı Mübarizə Günü münasibətilə diqqəti cəlb edir. Məqsəd - qlobal miqyasda, bütün dünyada diabet xəstəliyinə tutulma hallarının artması barədə və bu xəstəliyin inkişafının qarşısını almağın mümkün yolları barədə əhalini məlumatlandırmaqdır.
Beynəlxalq Diabet Federasiyası və DST tərəfindən təsis edilmiş bu gün noyabrın 14-də 1922-ci ildə diabet xəstəliyinə tutulmuş insanların həyatını xilas edən insulin adlı dərmanın kəşfində Çarlz Bestlə bərabər həlledici rol oynamış Frederik Bantinqin doğum günündə qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB