Bu gün dünyada səhiyyə ilə məşğul olan alimlər, həkimlər "baş sındırıb" SPİD xəstəliyinin dərmanını axtarıb tapmaq və insanları məhv edən bu dəhşətli bəladan qurtarmaq istəyirlər. Hələ ki, onlara buna müyəssər olmayıblar. Amma Sumqayıtda yaşayan və 4 nömrəli səhər Poliklinikasında həkim-dermatoloq işləyən İsmayıl Əmrahov sübut edir ki, o, SPİD xəstəliyini müalicə edən dərmanı bilir və bu dərmanla bir xəstəni də artıq tam sağaldıb. Onun danışdıqlarının maraqlı, inandırıcı olduğuna görə İsmayıl həkimin fikirlərini çoxminli oxucularla bölüşmək və bu xəstəliklə uzun illər məşğul olan insanların diqqətini cəlb etmək istəyirəm.
İlk öncə İsmayıl həkimi çoxminli oxucularla yaxından tanış etmək istəyirəm.
Qısa arayış. İsmayıl Əmrah oğlu Əmrahov 1957-ci ildə Ağsu rayonunun Keçdiməz kəndində ziyalı ailəsində anadan olub. Bico kənd orta məktəbini əla qiymətlərlə bitirib, elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olub. 1980-ci ildə bu ali məktəbi bitirib, həkim –dermatoloq kimi Şamaxı rayon xəstəxanasına göndərilib. Bir müqqət burada işləyəndən sonra Sumqayıt Dəri- Zöhrəvi Xəstəxanasında öz işini davam etdirib. Elmə böyük həvəsi olan İsmayıl həkim bu vaxta qədər 20-dən artıq dəri xəstəlilərinin müalicəsini tapıb. Sumqayıt Dəri-Zöhrəvi Xəstəxanası bağlandığına görə İsmayıl Əmrahov hal-hazırda Sumqayıt şəhər 4 nömrəli Poliklinikada dəri-zöhrəvi həkimi işləyir və xəstələr ondan çox razıdır.
-İsmayıl həkim, bu gün dəri xəstəlikləri çox yayılan xəstəliklərdən biridir. Bu xəstəlikdən necə qorunmaq olar?
-Dəri insan bədəninin ən mürəkkəb orqanlarından biri olsa da insanlar buna heç də lazım olan kimi fikir vermirlər. Bu xəstəliyin 90 faizi qanla bağlı olur. 10 faizi xarici amillərlə bağlıdır.Qanı sağlam olan insanın da dərisi sağlam olur. Ona görə də biz dəri xəstəliklərini müalicə edən vaxtı çalışırıq ki, qanı sağlamlaşdıraq. Həm də bu xəstəliyin yaramnasında mədə-bağırsağın da rolu olur. Ona görə də çalışırıq ki, mədə-bağırsağı da müalicə edək. Hər bir xəstəliyin də bir neçə klinik variantları olduğunu nəzərə alsaq təsəvvür edin ki, 10 mindən çox xəstəliklər var. Həkim də bütün bu xəstəliklər haqqında fikirləşməli olur. Ona görə də dermatoloq-həkim şahmatçı qədər məsuliyyət hiss etməlidir. Doğrudur dəri xəstəliklərində çox az-az hallarda ölüm olur. Amma bütün bunlara baxmayaraq dermatoloq həkim öz işini mükəmməl bilməli və hər bir xəstənin müalicəsinə çox ciddi yanaşmalıdır. Amma bəzi həkimlər və xəstələr bu xəstəliyə ciddi yanaşmayanda bu xəstəliyin müalicəsi uzun çəkir. Mənim xəstəliklərlə bağlı tapdığım üsüllarla xəstəni 15-20 günə sağaltmaq mümkündür.
-SPİD xəstəliyi də dəri-zöhrəvi xəstəliyinə aid olan xəstəliklərdən biridir. Bu xəstəlik artıq demək olar ki, bütün dünyanı titrədib. Çünki bu gün bu xəstəliklərdən ölənlərin sayı həddindən artıq çoxdur. Siz israrla sübut edirsiniz ki, insanları bu xəstəlikdən sağaltmağın üsulunu tapıbsınız.
-Bu xəstəlik ummun çatışmamazlığından və yoluxucu formada yaranan xəstəlikdir. Dünyada SPİD kimi pasport alıb. Bəli. Bu xəstəlikdən dünyada milyonlarla insanlar əziyyət çəkir. Bu virusları öldürən preparat hələ də kəşf olunmayıb. 1983-cü ildə bu xəstəliyin törədiciləri olan virusları tapan alimlərə 2008-ci ildə Nobel mükafatı veriblər. Lakin keçən bu 33 il ərzində hələ ki, bu xəstəliyin müalicəsi tapılmayıb. Bu xəstələr 10-15 il ərzində dərmanlar qəbul edirlər. Amma dərmanların zəhərləyici təsiri nəticəsində dünyalarını dəyişirlər. Çünki bu virusları öldürən preparatlar yoxdur. Lakin mən bu xəstəlikdən əziyyət çəkən bir xəstənin valideyinləri ilə söhbət etdim və onlara bildirdim ki, onsuz da ona istifadə olunan dərmanlar lazımi effekt vermir. 1960-cı illərdə belə bir dərman buraxılıb, baxmayaraq bu dərman başqa xəstəliklərin müalicəsi üçündür, amma mən inanıram bu dərmanla həmin xəstəliyi müalicə etmək olar. İstəyirəm ki, bu dərman preparatından istifadə edim.Onlar razılaşdılar. Və mən xəstəni bu dərmanla müalicə etməyə başladım. Qısa vaxtda böyük effek aldıq. Bir aydan sonra analiz verdi və heç kimin gözləmədiyi bir nəticə alındı. Qanda virus olmadı. Sonra üç il hər 6 ayda bir dəfə qan analizi verdi və virus tapılmadı. Hamı çaşıb qaldı. Çünki SPİD-in tarixində belə hadisə olmamışdı. Mən bu haqda Azərbaycan təbiətinin müasir nailiyyətləri jurnalında elmi məqalə yazdım və həmin məqalə çox maraqla qarşılandı. Ona görə də çox istəyirəm ki, bu məsələyə tibb sahəsinə rəhbərlik edən insanlar ciddi fikir versinlər.
Təsəvvür edin ki, yer kürəsində artıq 40 milyona yaxın insan bu virusa yoluxub. Hər il də 2,5 milyon insan bu xəstəliyə yoluxur və 2 milyona qədər də insan bu xəstəlikdən ölür. Afrikada bu xəstəliyə görə valideyilərini itirmiş 10 milyon uşaq yetim qalıb. Bu problemlə əlaqədar olaraq əmələ gələn tibbi-sosial məsələlərə milyardlarla pul vəsaiti sərf olunur. Hər gün dərman qəbul edən xəstə hansı faciə ilə rastlağdığını dərk edərək, ağır psixoloji drama ilə yaşayır və bəzilərində suisidial, yəni tərkidünyalıq meyilləri yaranır. Elmi-texniki inkişafın müasir mərhələsində hələ ki, QİÇS-ə qarşı radikal müalicə vasitəsi tapılmır. Müasir preparatların fasiləsiz və on illərlə qəbul ediləsi xəstəyə psixi travma vurduğuna, orqanizminə toksik təsir göstərdiyinə görə, virusların müalicəyə rezistent yəni davamlı ştampların əmələ gəlməsinin qarşısını ala bilmədiyinə görə yeni preparatların axtarışı hələ də davam edir. Yeni preparatlar qısa müddət ərzində qəbul edilməlidir ki, virusların rezistentliyinin yəni davamlılığının formalaşmasına mane olan yüksək genetik baryer xüsusiyyətinə malik olmalı və virusların maksimal məhvinə, yəni orqanizmdən maksimal eliminasiyasını-çıxarılmanı təmin etməlidir. Ona görə də bizim istifadə etdiyimiz preparat göstərilən tələblərə cavab verir. Mənim bir həkim kimi ali məqsədim budur ki, yer üzündə ölüm olmasın. Biz, Hippokrat andı içən həkimlər də həmişə bu müqəddəs işə çalışmalıyıq.
-Siz bununla bağlı lazım olan yerlərə müraciət edibsinizmi?
-Bəli. Müraciət etmişəm. Amma nədənsə bu kəşfə çox soyuq münasibət bəsləyirlər. Mən istəyirəm ki, Azərbaycan xalqının adı digər sahələrdə artıq dünyada məşhur olduğu kimi, tibb elmi sahəsində də məşhur olsun. Təsəvvür edin ki, dünyanın ən aparıcı ölkələrinin tibb üzrə alimləri SPİD-in müalicəsini və dərmanını tapmaq haqqında baş sındırırlar. Bu sahədə Ümumdünya Səhiyyə Təşkilatının erkspertləri SPİD (QİÇS) xəstəliyinin əsasən cinsi yolla yoluxduğuna görə bu xəstəliyi xöhrəvi xəstəliklər qrupuna aid edirlər. Bu da bizim ixtisasımızın bir hissəsidir. Mən artıq otuz altı ildir ki, həkim işləyirəm və həmişə də tibb sahəsində çoxlu kitablar oxuyuram. Bu sahəni elmi cəhətdən yaxşı dərk etdiyimə görə onlara sübut etmək istəyirəm ki, bu xəstəliyin artıq dərmanı da, müalicəsi də var.
-Deməli, siz dünya tibb elminə bildirmək istəyirsiniz ki, artıq SPİD xəstəliyinin dərmanını tapmısınız?
- Bəli. Biz bu xəstəliyin törəyidicisini - ürəyini məhv edən dərmanı artıq tapmışıq və onu artıq xəstəyə tətbiq etməklə müsbət nəticə almışıq. Mən tibb sahəsi ilə məşğul olan bir neçə xarici ölkə alimləri ilə əlaqə saxlayıb, bu haqda onlara demişəm və onlar da mənə bildiriblər ki, bu artıq Nobel mükafatına layiq bir elmi kəşfdir. Mən də istəyirəm ki, bu elmi kəşfimi reallaşdırım. Bu da çox sadədir. Azərbaycanda SPİD-lə məşğul olan mərkəzin həkimlərinin yanında həmin dərmanı xəstəyə vurmaq və bunun müsbət nəticəsini onlara sübut etmək istəyirən. Bu ilin əvvəlində müraciət etdiyim Respublika QİÇS-lə (SPİD) Müalicə Mərkəzindən aldığım 04.07. 2016-cı il tarixli 09-211 nömrəli məktubda qeyd edirlər ki, "belə xəstəliklərin müalicəsi qabaqcıl beynəlxalq təcrübənin nailiyyətləri əsasında Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı tövsiyyələr və Səhiyyə Nazirliyinin təsdiq etdiyi milli profilakrika üzrə aparılır. Yəni preparat və müalicə üsullarının eksperimental tətbiqinə dair məsələlərin həlli səlahiyyətimiz daxilində deyil. Biz, sizə heç bir köməklik edə bilməyəcəyik". Onu da qeyd edim ki, mən müalicə üçün istədiyim preparatda yeni xassə kəşf etməmişəm. Bu preparat elə virus əleyhinə olan preparatlardır. Apteklərdə olan bu dərmanın bütün istifadə qaydasını, əks-göstəricilərini nəzərə alıb, həmin xəstələr üzərində geniş istifadə etmək olar. Məktubdan isə belə nəticə çıxarmaq olar ki, Ümumdünya Səhiyyə Təşkilatı kiçik prosedurla bizim ölkəmizə qadağa qoyur, amma Türkiyədə isə bu işə qadağa qoymur. Bu necə ola bilər? Çünki internet əlaqələri ilə yazışmadan sonra mənə xəbər verdilər ki, Türkiyə Səhiyyə Nazirliyi qeyd edir ki, əgər Azərbaycan Səhiyyə Nazirliyi adicə göndəriş versə onlar məni qəbul etməyə və mənim bu kəşfimi fəhlil etməyə hazırdırlar. Bax belə olan halda bəşəriyyətin bu bəladan xilası naminə Azərbaycan Səhiyyə Nazirliyindən mənə göndəriş verilməsini xahiş etmək olmazmı? Ona görə də siz mətbuat işçilərindən xahiş edirəm ki, bu müqəddəs işin reallaşması üçün mənə köməklik edəsiniz. Mən də qəti inanıram ki, bu yolla Azərbaycanımızın adını bütün dünyada tanıdacam. Və hamı görəcək ki, mən həqiqətən insanları məhv edən SPİD xəstəliyinin dərmanını tapmışam.
İsmayıl həkimin bu maraqlı ideyasını Səhiyyə Nazirliyinə çatdırdıq ki, bu işin reallaşmasında ona köməklik edin. Ola bilər ki, həqiqətən bu xəstəliyin tapılması Azərbaycanın adı ilə bağlana bilər. Axı dünyada heç kimin gözləmədiyi çoxlu kəşflərə əvvəllər insanlar adi bir hal kimi baxıb, inanmayıb və sonra bunun həqiqətən böyük bir kəşf olduğunu görüblər. Necə ki, azərbaycanlı Lütvi Zadənin kəşflərinə əvvəllər adi bir iş kimi baxıblar...
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB