15192 nəfərə təcili tibbi yardım göstərilib STATISTIKA

15192 nəfərə təcili tibbi yardım göstərilib STATISTIKA

Bu gün Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının ( SNTTTYS) fəaliyyətinə dair mətbuat konfransı keçirilib. SIA-nın xəbərinə görə, konfrans zamanı stansiyanın direktoru Mirələm Cəlalov KİV nümayəndələrinə bildirib ki, səhiyyə nazirinin 01.12.2005-ci il tarixli "Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin (sanaviyasiya) təkmilləşdirilməsi barədə" 140 saylı əmrinə əsasən akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının təxirəsalınmaz və planlı-konsultativ tibbi yardım şöbəsi (sanaviyasiya) ləğv edilərək onların funksiyaları SNTTTYS-a verilib.

Onun sözlərinə görə, səhiyyə naziri cənab Oqtay Şirəliyev tərəfindən 24.07.2006-ci il tarixli əmri ilə SNTTTYS-nın regional məntəqələrinin yaradılması 12 regionda baş vermiş yol-nəqliyyat hadisələri və digər qəza hallarında zərərçəkmişlərə təcili, təxirəsalınmaz və konsultativ tibbi yardım göstərilməsinə lazımi şərait yaradır: "Hazırda Respublika üzrə 12 regional məntəqə var. Məntəqələrin hər birində yüksək səviyyəli həkimlər və orta tibb işçiləri fəaliyyət göstərir. Həkimlər mütəmadi olaraq təkmilləşmə kurslarına göndərilir və keçirilən sertifikasiya imtahanlarında yüksək nəticələr əldə edirlər. Təcili yardım məntəqələrinin maddi texniki bazası da müasir və dünya standartlarına uyğun qaydada təşkil edilib. Belə ki, 113 regional məntəqələri bütün lazımi tibbi avadanlıqlar, sarğı materialları və dərman preparatları ilə habelə son model Mercedes markalı reanimobillərlə təmin olunub. Bu da müraciət edənlərə vaxtında və lazımi qaydada tibbi yardım göstərməyə imkan yaradır".

M.Cəlalov söyləyib ki, 2007-2016-cı ilin müvafiq dövrünə qədər 15192 nəfər yol qəzasına düşən xəstələrə təcili yardım göstərilib. Bundan əlavə 13428 nəfər konsultativ xəstələrə tibbi yardım göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə