Bioloji təbabətlə müalicənin böyük effektləri var MÜSAHİBƏ

Gerhard Rays: "Azərbaycandakı Bioloji Təbabət Klinikası xarici ölkələrdən gələn xəstələri yüksək səviyyədə müalicə edə bilər"

Qədim tibb aləmində belə bir maraqlı fikir var: "Harmoniya qanunu özünə qiymət, özünə inam, daxili balans deməkdir". Hal-hazırki ekoloji fəlakətlər dövründə ətraf mühitin qlobal çirklənməsi səbəbindən həm atipik gedişatlı xəstəliklərin, həm də mikroorqanizmlərin dəyişən ətraf mühitə qarşı davamlılığı artıb. Bu da öz növbəsində xəstəliklərin ənənəvi üsullarla müalicəsini çətinləşdirir. Belə halda əhalinin çox hissəsi əlavə təsirləri az olduğu üçün "yümşaq təbabət" müalicə üsuluna daha çox müraciət edir. Bioloji təbabətdə də məhz belə müalicə üsuları mövcüddur.

Onun əhəmiyyətini dərk etmək üçün "sağlamlıq" və "xəstəlik" anlayışlarını nəzərdən keçirməklə fikrimizi tam sübut edə bilərik. Alman alimi, antihomotoksikologiyanın banisi Rekkeveqin müəyyənləşdirdiyinə görə, "sağlamlıq" orqanizmin toksinlərdən və onların metabolitlərindən azad bir vəziyyətidir. "Xəstəlik" isə, əksinə, orqanizmdə bu toksinlərin təsirindən yaranan dəyişikliklərdir. Bioloji təbabət elminin məqsədi harmoniya qanununa əsaslanaraq orqanizmdə pozulmuş tarazlığı bərpa etmək, ətraf mühitin bütün ekosistemləri ilə insan orqanizminin vahid vəhdətdə mövcudluğunu təmin etməkdir.

Son illər inkişaf etmiş ölkələrdə bioloji təbabətin şöhrəti daha da artıb və statistik göstəricilərə görə 89% əhali bioloji təbabəti adi təbabətə əlavə kimi, 61% isə adi təbabətdən daha güclü sayır.

Azərbaycanda əsası 2009-cu ildə Elxan Yaqubov tərəfindən qoyulan Bioloji Təbabət Klinikası çox böyük uğurlu işlər görür. Xəstələr Bakı şəhəri 3-cü mikrorayon, M.Əcəmi metrosunun yaxınlığındakı S.C.Pişəvəri 110-da yerləşən bu klinikaya daha çox müraciət edirlər. Həm də bu Klinikaya tez-tez xarici ölkələrdən də yüksək peşəkar həkimlər gəlir və xəstələri müalicə edir. Belə həkimlərdən biri də uzun illər bioloji təbabət üsulu ilə insanları müalicə edən və Almaniyada yaşayan dünya şöhrətli həkim Gerhard Raysdır. O, Bioloji Təbatət Klinikası yarandığı bu 7 il müddətində artıq Azərbaycanda 23 dəfə olub. Hər gəlişində də bir xəstəlik haqqında respublikamızda olan həkimlərə mühazirələr deyib, seminarlar keçib və eləcə də xəstələri qəbul edərək müayinə edir.

Gerhard Raysı çoxminli oxucularımızla tanış edib, birdirmək istəyirəm ki, o, Almaniyada doğlub. Tibb sahəsində ali təhsil alıb. 1984-cü ildən həkim işləyir. Özünün şəxsi kilnikası var. Ali həkimlik təhsili alandan sonra bioloji təbabət sahəsində də iki il təhsil alıb. Ondan sonra da öz şəxsi klnikasında həm bioloji və həm də osteopatiya ilə məşğul olur. Bioloji təbabət üzrə ekspertidir. Bioloji təbabət üsullarını Almaniyanın Tüngen şəhərindəki öz şəxsi klinikasında tətbiq edir. Ona görə də bu gün doktor Gerhard Rays bioloji təbabətlə insanları müalicə etmək üçün çoxlu xarici ölkələrə dəvət alır. Azərbaycanda da xəstələr onun hər gəlişini ümidlə gözləyirlər.

İnanırıq ki, doktor Gerhard Raysla apardığımız müsahibə oxucularımız üçün də maraqlı olacaq.

- Doktor, bioloji təbatət bu gün Avropada və dünyanın digər ölkələrində necə qəbul olunur?

- Biloji təbabət istər Almaniyada, Avropada və istərsə də bütün dünyada çox yaxşı qəbul olunur. Avropa ölkələrində əhalinin 60 faizdən çoxu bioloji təbabətlə müalicəyə daha çox üstünlük verirlər. Avropadakı Tibb Universitetlərində də bioloji təbabətlə bağlı kafedralar, bölmələr var. Həmin bölmələr də bioloji təbabətlə məşğul olur. Azərbaycanda da mənim fikrimə görə, Elxan Yaqubovun təsis etdiyi və əsasını qoyduğu Bioloji Təbəbət Klinikası bu işə elə ilk gündən yaxşı başlayıb və 7 ildə artıq bir müddətdə çox böyük işlər görüblər. Bu işlər bəzi Avropa ölkələrinin on illərlə görülən işlərdən çoxdur. Mən özüm də mütəmadi olaraq Azərbaycana gəldikcə bunun şahidi oluram. Bura gələndə Elxan Yaqubovun köməkliyi ilə həkimlər üçün həm Bakıda, həm də regionlarda pulsuz seminarlar təşkil edirik. Onu da vurğulamaq istəyirəm ki, Azərbaycan müstəqillik qazanandan sonra bütün sahələrdə çox yüksək səviyyədə inkişaf edir. Ölkə çalışır ki, Avropa standartlarına uyğun iş görsün. Xüsusilə tibb sahəsində sizin ölkədə uğurlar böyükdür. Bax, elə Bioloji Təbabət Klinikası vasitəsilə xarici ölkələrdən xəstələri qəbul edib, onları yüksək səviyyədə müalicə etmək olar.

- Sizin keçən dəfəki gəlişinizdə onkoloji xəstəliklərlə bağlı apardığınız seminarlarda mən də iştirak etdim. Baxmayaraq mən həkim deyiləm, amma sizin məntiqli çıxışınız xoşuma gəldi və bu xəstəliyin yaranması səbəbələrini, ondan qorunmaq yollarını öyrənə bildim. Sonra öyrəndim ki, siz xəstəliklərin bütün sahələrini mükəmməl bilisiniz. Bunu necə öyrənibsiniz?

- Mən ixtisasca ümumi terapevtəm. Ona görə də əksər xəstəliklərin müalicəsi ilə məşğul olduğumdan bu sahələri mükəmməl öyrənmişəm. Bununla bağlı ixtisaslaşdığım sahələr həm hərəkət-dayaq sisteminin xəstəlikləridir, həm onkoloji xəstəliklər, eləcə də boloji təbabətin bütün sahələri haqqında mükəmməl bilik əldə etmişəm. Hərəkət dayaq sistemlərini və onkoloji xəstəlikləri də bioloji təbabətlə müalicə edirəm. Bu sahədə də yaxşı effektlər alırıq.

- Dünyada ürək xəstəliklərindən sonra ən çox ölüm onkoloji xəstəliklərlə bağlıdır. Bu xəstəliyi sağaltmaq mümkündürmü? Bu xəstəlikdən qorunmağın yolları hansılardır?

- Bu sualların cavabı çox genişdir. Bu haqda saatlarla danışmaq olar. Ümumilikdə fikrimizi cəmləşdirsək, siz dediyiniz kimi şiş xəstəlikləri dünyada ürək-damar xəstəliklərdən sonra ikinci yeri tutur. Sizin sualınızın birinci hissəsi ilə bağlı təəssüflə deyə bilərəm ki, axır vaxtlar tədqiqatlar nəticəsində alınmış preparatlar bu xəstəliklə bağlı birbaşa müalicə üsulu deyil. Amma yeni bir dərman qrupları var ki, biz bununla bağlı çox ümidliyik. Yəni son iki il ərzində bir qrup insanlar üzərində aparılmış tədqiqatlar dediyimiz dərmanlarla müsbət nəticələrin alındığını göstərir. Amma təbii ki, bu təcrübələr 5-10 ildir aparılır. Gözləmək lazımdır ki, bu tədqiqatlar tam şəkildə təsdiqini tapsın və ondan sonra bu preparatlardan kütləvi şəkildə istifadə edilməsinə rəsmi icazə verilsin. Hələ ki, hər şey tədqiqat mərhələsindədir. Qaldı sizin sualınızın ikinci hissəsinə, bu xəstəliklərdən necə qoruna bilməyin cavabı belədir. Sağlam yaşamaq üçün lazım olan hər şey bu xəstəliklərdən qorunmağın birbaşa yoludur. İlk növbədə kifayət qədər çox hərəkətdə olmaq lazımdır. İkinci növbədə sağlam qidalanmaq ən önəmli cəhətdir. Həmçinin zərərverici maddələr alkoqol və tütün məmulatlarıdır ki, onlardan insan nə qədər uzaq olsa onda onkoloji xəstəliklərə az tutula bilər. Dördüncü onkoloji xəstəlikləri yaradan cəhət kimyəvi dərman preparatlarıdır. Ona görə də kimyəvi dərmanlardan çox az istifadə etmək lazımdır. Ən çox bioloji təbabətlə müalicəyə fikir vermək lazımdır. Çünki bioloji təbabət preparatlarında kimyəvi heç nə yoxdur. Bu müalicə üsuli ilə şiş xəstəliklərini ilk başlanğıcda tez sağaltmaq olur və gələcəkdə şiş xəstəliklərinə tutulmasının da qarşısını almaq mümkündür.

- Söz dayaq və bronxial xəstəliklərdən düşmüşkən deyə bilərik ki, Azərbaycanda subtropik bölgələr çox olduğundan revmatizm, oynaq və endokrin xəstəliklər daha çoxdur. Bunlardan qorunmağın hansı üsulları var?

- Onlardan qorunmağın yenə birinci yolu kifayət qədər hərəkətdə olmaqdır. Açıq havada daha çox olmaq vacibdir. Tənəffüs xəstəlikləri üçün də kifayət qədər açıq havada olmaq və artıq çəki ilə mübarizə aparmaq əsas şərtdir. Bununla yanaşı sağlam qidalanma da ən vacib şərtlərdən biridir. Xüsusilə toksik təsirə malik olan süni qidalardansa təbii qidalara daha çox üstünlük vermək lazımdır.

- Klassik həkimlər deyirdilər ki, vaxt gələcək tibb elmi insanları bütün xəstəliklərdən sağaldacaq. Hələ ki, bu fikir öz təsdiqini tapmayıb. Bu haqda siz nə deyə bilərsiniz?

- Bunlar insanların xəyalının, təxəyyülünün məhsuludar. Onların arzularıdır ki, tibb elmi inkişaf etdikcə xəstəlikləri də sağaltmaq tam mümkün olacaq. Təbii ki, real həyatda bu mümkün deyil. Bizim fikrimizə görə insanlar sağlamlıqla bağlı bütün arzularını, problemlərini tam reallaşdıra bilməyəcəklər. Çünki dünyada baş verən aktiv müharibələr insanlara çox böyük problemlər yaradır. Bu problemləri biz insanlar özümüz yaradıb davam etdirdiyimiz bir müddətdə onların tam sağlamlığından necə danışmaq olar? Həm də nəzəri olaraq, mümkün deyil ki, biz bütün xəstəlikləri tam müalicə edə bilək. Təbii ki, bəzi xəstəliklər genlər vasitəsilə nəsildən-nəslə ötürülür. Bu da o deməkdir ki, gələcəkdə həmin xəstəliklər davam edəcək.

- Necə oldu ki, Almaniyada tibb elmi belə sürətlə inkişaf etdi?

- Çünki Almaniyada tibbi təhsilə, kadrların yüksək səviyyədə hazırlanmasına, onlara yüksək əmək haqqının verilməsinə, dərman preparatlarının istehsalına çox fikir verilir. Dövlət tərəfindən bu sahələrə böyük miqdarda maliyyə yardımları ayrılır. Tibbi sığorta sistemi tətbiq olunub. Hansı ölkədə bu sahələrə daha çox fikir verilirsə və bu sahədə çoxlu elmi tədqiqat işləri aparılırsa orada tibb elmi çox inkişaf edir. Almaniyada da bu tədqiqat sahələrinə külli miqdarda maliyyə yardımları olur. Həm də Almaniyada kimya sənayesi çox yüksək inkişaf edib. Ona görə də müxtəlif dərman preparatları dünya standartalarına cavab verən səviyyədə hazırlanır. Almaniyada, Yaponiyada iqtisadiyyat yüksək səviyyədə olduğuna görə həmin ölkələrdə tibb sahəsinə külli miqdarda pullar ayrılır. Bu da özünün müsbət nəticəsini verir. Hər bir ölkə rəhbərləri də çalışmalıdırlar ki, insanlarının sağlam olması üçün tibb sahəsinə böyük maliyyə köməklikləri etsinlər. İnsanın sağlam olması ilk növbədə onun öz ölkəsinin iqtisadiyyatına, elminə, mədəniyyətinə, ədəbiyyatına böyük xeyir verməsi deməkdir. Ümumiyyətlə, sağlam insan sağlam düşüncə deməkdir.

Ağalar İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə