Ürək-damar xəstəliyinin qarşısı necə alınmalıdır? HƏKİM MƏSLƏHƏTİ - SƏS TV
"Son illər həm dünyada, həm də ölkəmizdə ürək-damar xəstəliyindən əziyyət çəkən insanların sayı sürətlə artır". Bunu həkim-terapevt və fitoterapevt Müşfiq Məmmədov SİA-ya açıqlamasında deyib.
Ürək-damar xəstəliklərinin yaranma səbəbi və əlamətləri haqqında danışan mütəxəssis qeyd edib ki, oturaq həyat tərzi, qidalanmanın pozulması, sinir sistemi gərginlikləri ürək-damar xəstəliklərinin yaranmasına səbəb olan əsas risk faktorlarıdır: "Ürək-damar xəstəlikləri dedikdə, hipertaniya, beyin-qan dövranının kəskin pozulması, insult, infarkt, stenokardiya, ümumiyyətlə, koronar çatışmazlıqlar nəzərdə tutulur. Bunlardan ən çox rast gəlinəni infarktdır. Aşağı sıxlıqlı lipidlər, yəni, yağ yığıntısı zəncirvari reaksiya şəklində orqanizmdə toplanaraq damarlarda daralma əmələ gətirir və bu da ürəyin tac damarlarında tıxanma ilə nəticələnir. Bununla da, tıxanan damarlar sinirlə inervasiya olunmur və ürək əzələləri nekroza uğradıqda (yəni, ürək hüceyrələri məhv olduqda) miokard infarkta səbəb olur. Çox təəssüf ki, ümumilikdə ürək-damar xəstəliklərinin yaşı cavanlaşıb. Belə ki, əgər əvvəllər xəstəliyin qorxulu yaş həddi 45-55 arası idisə, indi bu xeyli aşağı düşüb, 30-45 yaş arasında baş verir. Bu yaş həddində olan xəstələr ürək sancmalarından əziyyət çəkirlər. Lakin bunun kəskin nevrozla bağlılığı daha çoxdur. Əgər 40 yaşdan sonra bu əlamətlər özünü göstərirsə, o zaman həmin xəstənin ürək-damar sistemi mütləq müayinə olunmalıdır. Ümumiyyətlə, ürək-damar xəstəliklərindən qorunmaq üçün daim hərəkətli və stressdən uzaq olmağı məsləhət görürəm".
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB