4687 nəfər qan verdi

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakıda və regionlarda könüllü qanvermə aksiyaları davam edir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu ilin iyun–sentyabr ayları ərzində Şabran, İmişli, Sabirabad, Şirvan, Ucar, Ağdam, Qusar, Bərdə, Neftçala, Siyəzən, Samux, Goranboy, Zaqatala, Göyçay, Qax, Balakən, Ağdaş və digər rayonlarda keçirilmiş aksiyalarda ümumilikdə 4687 nəfər iştirak edib.

Qeyd edək ki, tədarük olunan qan və komponenlərindən hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq

Bütün xəbərlər Facebook səhifəmizdə