Gəncədə şəkərli diabet xəstəliyinin yeni müayinə və müalicə üsulları haqqında geniş elmi-praktiki konfrans keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, konfransda Gəncə şəhərində endokrinoloji sahədə çalışan bütün həkim kontingenti iştirak edib. Respublika Endokrinoloji Mərkəzinin həkimləri, eləcə də Təkmilləşdirmə İnstitutunun Endokrinlogiya Kafedrasının mütəxəssisləri tərəfindən Gəncədə çalışan həkimlərə şəkərli diabet xəstəliyinin müayinə və müalicəsi istiqamətində dünya səhiyyə sistemində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Xəstəliyin qarşısının alınmasının 3 əsas istiqaməti, orqanizmdə təsirinin azaldılması yönündə inkişaf etmiş ölkələrin tətbiq etdiyi müalicə üsullarından bəhs edilib. Respublikada, o cümlədən Gəncədə müalicə üsullarında yeniliklərin tətbiqi üçün hər cür şəraitin yaradıldığı vurğulanıb.
"Bu gün tam əminlikə demək olar ki, şəkərli xəstəliyinin müalicəsində yeniliklərin tətbiqi üçün bütün şərait var. Qanda şəkərin miqdarını ölçmək üçün yeni aparatllar alınıb. Onların işləmə qaydası öyrədilib. Ən əsası istifadə olunan dərmanların kombinə olunmuş şəkildə istifadəsi ilə bağlı bütün məlumatlar verilib. Sadəcə həkimlər öz təcrübələrində bu yeniliklərin tətbiqinə başlamalıdırlar" - deyə, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov bildirib.
Rəsmi statistika göstərir ki, Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı ildən ilə artır. Bundan əlavə xəstəlik getdikcə cavanlaşır.
Qeyd edək ki, təkcə Gəncə şəhərində şəkərli diabetdən əziyyət çəkənlərin sayı 11 mindən artıqdır. Bu baxımdan da mütəxəssislər maarifləndirici konfransların təşkilini olduqca mühüm hesab edir.
.jpg)
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB