Azərbaycan Səhiyyə Nazirliyi "StarMed" klinikasının fəaliyyətini dayandırdı. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, SN əməliyyatın aparıldığı "StarMed" klinikasının fəaliyyətinin müvəqqəti dayandırılması və hadisə ilə bağlı araşdırmanın aparılması barədə sərəncam verib. A.Qədirli bildirib ki, araşdırma başa çatdıqdan sonra klinikanın fəaliyyəti barədə qərar veriləcək.
Xatırladaq ki, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının "StarMed" klinikasında əməliyyat zamanı ölməsi faktı ilə əlaqədar Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB