Musa Quliyev: “İranda diş həkimi olan biri Bakıda ginekoloq işləyir”

Musa Quliyev: “İranda diş həkimi olan biri Bakıda ginekoloq işləyir”

"Xarici ölkələrdən Azərbaycana işləmək üçün gələn həkimlər üçün qaydalar sərtləşdirilməlidir". SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin Sosial Siyasət Komitəsinin bu gün keçirilən iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna ediləcək dəyişikliyin müzakirəsi zamanı komitə üzvü Musa Quliyev deyib.

Onun sözlərinə görə, əhaliyə xidmət etmək üçün Azərbaycanın artıq kifayət qədər həkim kadrları formalaşıb: "Bu gün Azərbaycandakı özəl tibb müəssiələrində qanunsuzluq baş alıb gedir. Çünki, İranda diş həkimi olan biri özəl tibb müəssisələrində ginekoloq işləyir. Hesab edirəm ki, bu hal yolverilməzdir. Ona görə Dövlət Miqrasiya Xidməti bu işlə ciddi məşğul olmalıdır, Səhiyyə Nazirliyi lisenziyaların şərtlərini sərtləşdirməlidir. O həkim kadrı Azərbaycana gəlməlidir ki, həmin ixtisaslara bizdə ehtiyac olsun".

"Bununla bağlı tez-tez reydlər keçirilməlidir ki, həkimlər lisenziyalarında göstərilən xidmətlərdən kənara çıxmasınlar" - M.Quliyev təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə