Lənkəranda uşaqların icbari dispanzerisasiyası davam etdirilir

Lənkəranda uşaqların icbari dispanzerisasiyası davam etdirilir

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkə ərazisində 0-18 yaş arası uşaqların tibbi müayinəsi uğurla həyata keçirilir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu məqsədlə Lənkəranda keçirlən uşaqların icbari dispanzerisasiyası çərçivəsində növbəti müayinələr Lənkəran şəhər 5 saylı uşaq bağçasında baş tutub.

Uşaqlar əsasən oftolmoloq, stomotoloq, cərrah, pediatr, nevropatoloq və digər həkimlərin müayinəsindən keçiblər. Ümumilikdə 128 uşaq müainə olunub. Yoxlamalara bölgəyə ezam olunmuş respublika uşaq kiliniki xəstəxanasının həkimləri də nəzarət ediblər.

Qeyd edək ki, Lənkəranda müyainələri 2 həkim birqadası həyata keçirir. Onlardan biri kənd, digəri isə şəhər ərazisinə təhkim olunublar. Ümumilikdə isə rayon üzrə bu günə qədər 15 minə yaxın uşaq müainədən keçirilib. 500 uşaqda xəstəlik aşkar olunub ki, onlardan da 15 nəfərə yaxını müalicə üçün Bakıya göndərilib. İlin sonuna kimi daha 33 minə yaxın uşağın müainədən keçirilməsi nəzərdə tutulub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə