Aritmiyaya səbəb olan antibiotik

Klaritromitsin – bakterial infeksiyaların müalicəsində geniş yayılmış vasitədir. Mütəxəssislər bu preparatın gözlənilməz və xoşagəlməz effektini aşkarlayıblar. Məlum olub ki, preparatı qəbul edən pasiyentlərin bəziləri aritmiya və ürək-damar xəstəliklərinin ağırlaşması ilə qarşılaşır. Bu kəşf infenksiya xəstəliklərinin ənənəvi müalicə sxeminə yenidən baxılmasına səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlər klaritromitsin və roksitromitsinlə müalicə ilə bağlı 5 milyon hala aid statistikanı araşdırıblar. Onlar ürəyin fəaliyyətinə təsir etməyən penisillin qrupuna aid antibiotiklərin də əlavə təsirini nəzərə alırdılar. Tədqiqat zamanı antibakterial terapiya fonunda yaranan ürək-damar xəstəliyindən 285 ölüm hadisəsi qeydə alınıb. Onlardan 18-i klaritromitsin, 32-si roksitromitsin qrupuna aid preparatın qəbulun nəticəsidir.

Qeyd edək ki, tədqiqatlar göstərib ki, həmin antibiotikləri qəbul edən insanlarda ürək-damar xəstəliklərinin ağırlaşması ilə bağlı ölüm riski 76 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə