Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Türkiyə Respublikasının yüksək ixtisaslı həkimləri Ağdaş rayonunda imkansız ailələrdən olan anadangəlmə qüsurlu uşaqlar üzərində əməliyyat aparırlar. SİA-nın verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin dəstəyi ilə reallaşdırılan bu humanitar aksiya beş gün davam edəcək. Beynəlxalq Yer Üzü Doktorlar təşkilatının xətti ilə Türkiyənin tanınmış və müxtəlif ixtisaslı 7 nəfərdən ibarət iki həkim briqadası imkansız ailədən olan insanlar üzərində plastik, rekonstruktiv–bərpa və estetik əməliyyatların aparılmasına başlayıb.
"Gülümsəyən uşaqlar" adlanan bu layihə çərçivəsində 80 nəfərə yaxın rayon sakininin fiziki qüsuru aradan qaldırılacaq. Eyni zamanda qardaş ölkənin yüksək ixtisaslı həkimləri ilə yerli səhiyyə işçiləri arasında təcrübə mübadiləsi aparılacaq. Tibbi əməliyyatlar başlamazdan əvvəl Milli Məclisin deputatı Məlahət İbrahimqızı "Beynəlxalq Yer Üzü Doktorlar Təşkilatı"nın fəaliyyəti barədə məlumat verib.
Ağdaş rayon icra hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov Türkiyə Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən danışaraq, bu humanitar missiyanın təşkilatçılarına minnətdarlıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB