Gəncədə qabaqcıl səhiyyə işçiləri mükafatlandırılıblar

Gəncədə qabaqcıl səhiyyə işçiləri mükafatlandırılıblar

Gəncədə səhiyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. Bayram tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzüblər. SİA-nın məlumatına görə, şəhər icra hakimiyyətinin böyük iclas salonunda keçirilən tədbirdə şəhər səhiyyə idarəsinin rəisi Mehman Rzayev məruzə ilə çıxış edərək son illər Azərbaycanda, o cümlədən Gəncə səhiyyəsində qazanılan uğurlardan danışıb. Diqqətə çatdırılıb ki, ölkəmizdə yeni tibb ocaqlarının yaradılması və yenidən qurulması, müasir tibbi texnologiyaların tətbiqi əhaliyə səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsinə böyük imkanlar yaradıb. Səhiyyə ocaqlarının maddi-texniki bazası möhkəmləndirilmiş, müasir tibbi avadanlıqların alınması nəticəsində xidmətin keyfiyyəti xeyli yüksəlib. Bölgədə ən böyük tibb ocaqları olan Abbas Səhhət adına və infeksion xəstəxanalarında, 6 nömrəli poliklinikada əsaslı təmir işləri aparılaraq yenidən qurulub. Bundan əlavə, region üçün böyük əhəmiyyəti olan perinatal və rayonlararası hemodializ mərkəzlərinin, eləcə də onkoloji xəstəxanada şüa müalicə bölməsinin, kompyuter tomoqraf simulyator aparatının istifadəyə verilməsi səhiyyə və sağlamlıq göstəricilərinin yaxşılaşmasına zəmin yaradıb.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar gün münasibətilə səhiyyə işçilərini təbrik etmiş, bəzi tibb ocaqlarının əsaslı və cari təmiri, həmçinin lazımi tibbi avadanlıqlarla təminatı barədə tapşırıq verib.

Qeyd edək ki, sonda işdə fərqlənən bir qrup tibb işçisinə fəxri fərman, təşəkkürnamə və qiymətli hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə