Hər il dünyada 40-50 milyon abort icra edilir AÇIQLAMA

Hər il dünyada 40-50 milyon abort icra edilir AÇIQLAMA

"Hər il dünyada 40-50 milyon abort icra edilir. ÜST-nin məlumatına görə, il ərzində 19 milyon təhlükəli abort icra olunur". Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin Tibbi Yardım təşkili şöbəsinin müdir müavini Gülər Ağayeva xəbər verib. O bildirib ki, hər 7 diri doğulmaya bir təhlükəli abort düşür.

Onun sözlərinə görə, dünya üzrə ana ölümlərinin 13 faizi abortların fəsadları ilə əlaqədardır: "Hər il 78 mindən artıq qadın abort səbəbindən həyatını itirir. 24 ölkədə aparılan tədqiqatlarların nəticələrinə görə, qeydiyyata alınan ana ölümlərinin 6-46 faizi abortların fəsadları ilə əlaqədar olub. Abort gənc və yeniyetmələr arasında da geniş yayılıb. Bir sıra ölkələrdə nigahdan əvvəl seksual münasibətlərin geniş yayılması hamiləliklərin, xüsusən də birinci hamiləliyin pozulması hallarının artmasına gətirib çıxarıb".

Bütün xəbərlər Facebook səhifəmizdə