"2008-ci ildə Azərbaycanda 72 min qeydiyyatda olan şəkərli diabet xəstə var idisə, bu gün onların sayı 200 minə çatıb". SİA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov jurnalistlərə açıqlamasında belə deyib.
Onun sözlərinə görə, son illərdə şəkərli diabet xəstəliyi Azərbaycanda çox geniş yayılıb: "Bu xəstələrin sayı ildən-ilə artır. Hazırda bütün dünyada şəkərli diabet xəstələrinin sayı 400 milyona yaxındır. Hər 12-15 ildən bir xəstələrin sayının artdığını və onun dağıdıcı təsirlərini nəzərə alaraq bütün dövlətlər əl-ələ verib bu xəstəliklə birgə mübarizə aparmalıdır".
Ölkədə şəkərli diabet xəstələrinin 85%-nin xəstəliyin II tipindən əziyyət çəkdiyini deyən Rauf Cabbarov bildirib ki, onlar insulindən asılı deyillər: "Bu hal onların sağlam həyat tərzi sürməməsi ilə əlaqədardır. Əgər əvvəllər cavanlar günün müəyyən saatlarında idmanla məşğul olurdularsa, bu gün onları internet, kompüter əvəz edir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da artıq çəki problemi çox artıb. Bu da həm şəkərli diabet, həm də qan-damar xəstəliklərinin yaranması üçün mühüm amildir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB