"Hazırda Azərbaycanda 1000 uşaq şəkərli diabet xəstəsidir". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov bildirib.
Onun sözlərinə görə, ölkədə uşaqlar arasında I tip şəkərli diabet, yəni insulindən asılı olan forması daha çox müşahidə olunur: "Azyaşlılarda bu xəstəlik bir qədər ağır formada olur və ilk gündən insulindən asılı olmalıdır. Bəzən valideynlər müraciət edirlər ki, insulin vurulmasın, pəhriz saxlanılsın. Amma bu mümkün deyil, uşaqlar ilk gündən tamamilə insulin-terapiyada olmalıdırlar".
Rauf Cabbarov şəkərli diabet xəstələrinin dərmanla təchizatı məsələsinə də aydınlıq gətirib. O bildirib ki, Azərbaycanda şəkərli diabetlə bağlı dövlət proqramı qəbul edilib və ildən-ilə bu xərclər artırılır: "Əgər əvvəllər dərmanlarla bağlı qıtlıq var idisə, bu gün bu problem Bakıda praktiki olaraq həll edilib. Bəzi regionlarda hələ də şəkərli diabet xəstələrin dərmanla təchizatı problemi tam olaraq öz həllini tapmayıb. Ümid edirəm ki, yaxın gələcəkdə bu problem də həll ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB