Bayram günlərində Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Stansiyasına müraciət edənlərin sayı adi günlərlə nisbətdə 15% artıb. Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının operativ şöbəsinin böyük həkimi Nilufər Abbasova SİA-ya açıqlamasında bildirib ki, hər bir bayram günündə 1600-1700 olmaqla, ümumilikdə 7 gün ərzində xidmətə 10 000-dən çox insan müraciət edib: "Müraciətlər əsasən qida zəhərlənmələri, beyin qan dövranının kəskin pozulması və təyziqlə bağlı olub".
N. Abbasovanın sözlərinə görə, bayram günlərində yol qəza hadisələri zamanı xidmətə olunan müraciətlərin sayında artım olmayıb: "Bayramla əlaqədar istirahət günlərində yol qəza hadisələrində xidmətə 31 müraciət daxil olub. Müraciətlərdə məlum olub ki, hadisələr zamanı 27 nəfər xəsarət alıb, 4 nəfər dünyasını dəyişib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB