"Azərbaycan bu xəstəliyə görə Cənubi Qafqazda birincidir"

"Azərbaycan bu xəstəliyə görə Cənubi Qafqazda birincidir"

"25 ölkədə İİV-ə yoluxma halları 50% azalıb". SİA-nın xəbərinə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova deyib.

Onun sözlərinə görə, 2005-2011-ci illər ərzində Yer kürəsində İİV-lə bağlı ölüm halları 25% azalıb. Son iki ildə uşaqlar arasında İİV-ə yoluxanlaraın sayı 24% azalıb. Azərbaycanda 2011-ci ildə 548 nəfər, 2012-ci ilin 11 ayında isə 453 nəfər bu infeksiyaya yoluxub.

E. Alməmmədova bildirib ki, ötən illə nisbətdə Azərbaycanda İİV-ə yoluxanların sayında azalma baş versə də ölkə Cənubi Qafqaz regionunda artım tempinə görə birinci yerdədir. Daha sonra Gürcüstan və Ermənistan bu regionda İİV-ə yoluxanların sayına görə fərqlənir.

Bütün xəbərlər Facebook səhifəmizdə