Ölümün vaxtı və səbəblərini əvvəlcədən müəyyənləşdirmək mümkündürmü?
Əsrlərdir ki, elm bu suallara cavab verməyə çalışırlar. İllərdən bəri kiçik, hətta mikroskopik hidra polipinin qocalmadan, az qala əbədi yaşadığını araşdıran alman alimlər insan həyatı və orqanizminin sirlərinin bəzilərinə agah ola biləcəklərini bəyan ediblər.
Kil şəhərindəki Kristan Albrext Universiteti (Christian-Albrechts-Universität) ilə Şlezviq-Qolşteyn Universitetinin Tibb Mərkəzinin (Universitätsklinikum Schleswig-Holstein) alimlərinin birgə tədqiqatlarının nəticələrinin əks olunduğu hesabat ABŞ Milli Elmlər Akademiyasının (National Academy of Sciences of the United States of America) "Fachjournal Proceedings" jurnalında dərc olunub.
Adi suda yaşayan, dəniz və okean suyuna düşən kimi ölən kiçik hidro polipi (Süßwasserpolyp Hydra) qocalmır, potensial olaraq əbədi yaşama malik sayılır.
Bu hidralar cütləşmə yox, paylaşma və bölüşmə yolu ilə çoxalırlar. Belə vegetativ nəsil artırmanın səbəbi isə hər polipdə fəal dəyişərək yayılmağa qadir lülə hüceyrələrinin olmasıdır.
Həmin lülə hüceyrələri olmadan hidra nəslini artıra bilməz.
Sadalanan səbəblərdən hidra illərdən bəri araşdırılır, alimlər onun vasitəsilə qocalmanın sirlərini arayırlar.
Professorlar Tomas Boşun başçılıq etdiyi qrupun üzvləri Anna-Mari Boym, Yorq Vittleb və Konstantin Xalturin elmdə sensasiya yarada biləcək nəticələr əldə etdiklərini deyirlər.
Onların dediklərinə görə, insan yaşlandıqca orqanizmdəki lülə hüceyrələrinin artım imkanları azalır və yeni hüceyrələr yaranmır. Belədə insan bədənindəki toxumalar regenerasiya qabiliyyətindən məhrum olduğu üçün qocalırlar. Sözügedən proseslərə müdaxilə və ya təsir alınarsa, insanın orta statistik həyat sürəyini xeyli uzatmaq olar.
Məsələn, orta statistik insan 300-400 il yaşaya bilər.
Hidranı ölümsüz edən genin axtarışı FoxO adlı genin aşkarlanmasına səbəb olub.
FoxO geni bütün heyvanlarda və insanda var.
Genin varlığı alimlərə illərdən bəri məlum olsa da, FoxO-nun qocalma proseslərindəki rolu, xüsusilə də insan orqanizmində lülə hüceyrələrinin xassələrinin dəiyşməsinə təsiri tam araşdırılmayıb.
Alman alimlər genetik modifikasiyalara məruz qalmış bir neçə hidra polipini laboratoriyada araşdırıblar. Həmin polislər normal FoxO, qeyri-aktiv FoxO və aktivliyi artırılmış FoxO genli poliplərdi.
Eksperimentlər göstərib ki, orqanizmində FoxO olmayan polislərdə lülə hüceyrələrinin sayı az olub.
Maraqlıdır ki, həmin poliplərin immun sistemi eynən yaşlı adamlarda olduğu kimi, köklü şəkildə dəyişib.
"Başçılıq etdiyim araşdırma qrupu dünya elm tarixində ilk dəfə olaraq sübut etdi ki, FoxO geni ilə qocalma prosesləri arasında birbaşa əlaqələr var. Əldə etdiyimiz nəticələr insanda yaşla bağlı dəyişikliklərin qarşısını almağa yönəlmiş araşdırmalar istiqamətində çox böyük, fenomenal irəliləyişdir", - Kil Universitetinin Zoologiya İnstitutunun professoru Tomas Boş deyib.
Boşun sözlərinə görə, nəticələrini insanlar üzərində sınaqdan keçirmək hələlik mümkün deyil. Çünki belədə, genetik manipulyasiyalar aparılmalıdır.
Buna rəğmən, Boş və qrupu yaşı 100-ü keçmiş insanlar üzərində səthi sınaqlar aparıblar.
Sınaqlar zamanı FoxO geni çox aktiv olub və orqanizmdə lülə hüceyrələrinin ölməsinin qarşısını alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB