Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin avqust ayı ərzində gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 83 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. SİA-nın xəbərinə görə, 32 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 40 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 926, mikrobioloji göstəricilərinə görə 832, toksikoloji göstəricilərinə görə 328, radioloji göstəricilərinə görə 14 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 9-də orqanoleptik və fiziki-kimyəvi, 11-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən edilib. Şadlıq evlərindən 2304 yaxma nümunəsi, 17 soyuq qəlyanaltı nümunəsi götürülmüş, 35 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.
Avqust ayı ərzində əhali arasında 135 qida zəhərlənməsi hadisəsi baş verib, 155 nəfər zərərçəkən olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB