Ötən gün Sumqayıtdakı səthi yuyucu vasitələri zavodunda baş verən partlayışlar nəticəsində xəsarət alanların sayı açıqlanıb. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər isə ağır yaralanıb. Həmin yaralıların hamısı Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasına yerləşdiriliblər.
Xəsarət alan və yaralanların hamısı hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarıdır. Ölənlərin şəxsiyyəti isə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB