Tibb Universitetinin rektoru mətbuatı günahlandırdı

Tibb Universitetinin rektoru mətbuatı günahlandırdı

"Azərbaycandan xarici ölkələrə müalicəyə gedənlər var. Lakin bu o demək deyil ki, ölkədə tibbin səviyyəsi zəifdir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanov deyib. O bildirib ki, bütün sahələrdə olduğu kimi, Azərbaycanda da tibb sahəsindədə böyük irəliləyişlər var. Ə.Əmiraslanov vurğulayıb ki, bu gün bütün dünyada tibbi turizimi var və insanlar istədiyi yerə gedib orada müalicə ala bilərlər. Hazırda kimin imkanı varsa gedib xaricdə müalicə alır.

"Azərbaycandan bir çox qonşu ölkələrə müalicə üçün gedən xəstələr vətənə qayıtdığdan sonra çox təəssüf hissi keçirirlər. Bu gün xaricə müalicə üçün üz tutan insanlar öz istəyi ilə gedirlər və bu məsələ onların öz şəxsi işləridir. Amma onlar Azərbaycana qayıtdıqdan sonra qonşu ölkələrdə səhv müalicə aldıqlarını etiraf edirlər və getməklərinə peşman olurlar. Müalicə üçün onlar sonradan Azərbaycan həkimlərinə müraciət edirlər. Türkiyənin ən zəngin adamları da ABŞ-a gedərək orada müalicə olunurlar. Ancaq bu, həmin ölkədə tibbin inkişaf etmədiyini deməyə əsas vermir", - deyə o əlavə edib.

Ə.Əmiraslanov bu gün Azərbaycandan xaricə müalicəyə getmək istəyən insanlara yol göstərdiyinə görə mətbuatı günahlandırıb. Onun fikrincə, insanlar xarici və ya qonşu ölkələrin səhiyyə müəssisələrinin reklamlarını Azərbaycan mətbuatında da görüb oraya üz tuturlar: "Bununla da sözü gedən ölkələrin səhiyyə müsəsisələrinin rəhbərləri və mütəxxəsisləri Azərbaycandan öz klinikalarına xəstələri cəlb etməyə səy göstərirlər. İnsanlar qonşu ölkələrin səhiyyə müəssisələrində müalicə alıb vətənə geri döndükdən sonra ağır problemlərlə qarşılaşırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə