Azərbaycanda ən geniş yayılmış xəstəliklərdən biri də şəkər xəstəliyidir. Təəssüflə qeyd edirik ki, bu xəstəlikdə yaş həddi yoxdur. Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində ortaya çıxan, qanda şəkərin miqdarının yüksəlməsi ilə gedən xroniki metabolik xəstəlikdir. Digər xəstəliklərdən fərqli olaraq, şəkər xəstələri hər gün iynə-dərman qəbul etməlidir. Əks halda vəziyyətləri ağırlaşa bilər. Lakin son zamanlarda sosial şəbəkələrdə şəkər xəstəliyinə qarşı dərman satışlarının sayı artıb. Bəs vətəndaşlar bu dərmanları almaqla və istifadə etməklə nələr qazanırlar. Bu dərmanları istifadə etmək nə dərəcədə düzgündür?
Məsələ ilə bağlı endokrinoloq Mehri Həsənova SİA-ya açıqlamasında bildirib ki, "Sosial şəbəkələrdə satılan dərmanlar hər insana uyğun olmaya bilər. Çünki hər bir xəstəyə individual olaraq yanaşırıq".
Onun sözlərinə görə, bir xəstəyə bir dərman daha yaxşı təsir edirsə, digərinə təsir etməyə bilər. "Çünki onların özünəməxsus əlavə təsirləri olur. Hansı ki, bu bir dərmanı qəbul etdikdə, həmin dərman insanın müxtəlif orqanlarına böyrəyinə, qaraciyərinə, mənfi təsir edə bilər. Ona görə də biz ümumi olaraq xəstələri yoxlayırıq və hansı xəstəyə hansı dərman uyğundursa o dərmanları yazırıq. İnsanlardan da xahiş edirk ki, sosial şəbəkələrdə olan dərmanlardan alıb istifadə etməsinlər. Digər bir mövzu isə şəkər xəstələri özlərini necə qorumalıdırlar. Bunun üçün xəstə hər 3 aydan bir ilk olaraq endikroloqun qəbulunda olmalıdır. Şəkərlərini düzgün konpensasiya etməlidirlər. Endikroloqun təyin etdiyi dərman preparatlarını mütəmadi olaraq düzgün qəbul edərək şəkərlərini konpensasiya edə bilərlər. Digər bir tərəfdən isə sağlam həyat tərzi yaşamalıdırlar. Qidalanmalarını düzgün seçilməli, tərkibində asan mənimsənilən karbohidratları olmayan menyudan istifadə etmək lazımdır. Şirniyyat və un məhsullarından uzaq durmalıdırlar. Fiziki aktivliklərini artırmalı və havada çoxlu gəzməlidirlər. Stresdən və əsəbdən uzaq olmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə